İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
20
noyabr
Paytaxt.org-un xəbərinə görə, hüquq mühafizə orqanları Hacıqabul rayonunda COP29-la bağlı yerli məmurların qanunsuz əməllərin ifşa edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məlumat verilməsə də, icra hakimiyyətində ciddi araşdırmaların aparıldığı deyilir.
Gələn məlumatlarda o da iddia olunub ki, əməliyyata digər bir səbəb isə COP29 tədbirlərinin keçirildiyi günlərdə, icra başçısının sahib olduğu daş karxanalarının müvəqqəti fəaliyyətinin dayandırılmasına baxmayaraq, gizli işlədilməsidir.
Bildirək ki, Paytaxt.org-un əməkdaşlarının məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamağı mümkün olmayıb. Yayılan iddianının nə qədər həqiqətə uyğun olduuğunu deyə bilmərik, məlumatı dəqiqləşdirməyə çalışırıq.
Mənbə: Paytaxt.org
OXŞAR XƏBƏRLƏR