Bu gün start götürəcək futbol üzrə dünya çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya (İTV) tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin III turunda eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.
Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İTV-nin yutub kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İTV-nin rəsmi yutub kanalında canlı təqdim olunacaq.
İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.
Azarkeşlər hər gün saat 12:30-da “FIFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin yutub kanalında da təqdim olunacaq.
Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.
Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un şərhçiləri cəlb olunacaq.
Dünya çempionatının bütün oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ
11
iyun
17:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
“Öyün yıxılsın, denən öldürməmişəm” – Dəhşətli qətlin üstünü açan SƏS YAZISI, FOTOLAR
Bakıya daha kimlər gəlib? – YENİLƏNİR
“Təkrarolunmazlığı, xalqına və dövlətinə şərəfli xidmətləri ilə seçilən Azərbaycan Polisinin hər kəsə örnək olan ailə tarixçəsi” - Aybəniz jurnalistin araşdırmasında
GÜNÜMÜZÜN BƏLASI, İNSANLARIMIZA QURULAN TƏLƏ: "Topaz", "Misli" əhalini QUMARBAZLIĞA MƏCBUR EDİR
- İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI
- Rusiya ilə bağlı plan İran üçün İŞƏ SALINDI – Təyyarələr hazır vəziyyətə gətirildi, TARİX BİLİNDİ
- İrəvana ağır XƏBƏRDARLIQ – Zəngəzur dəhlizi İran HƏRBÇİLƏRİNİN...
- Görünməz qırıcılar İŞƏ DÜŞDÜ – İrəvandan böyük MÜHARİBƏ ANONSU
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- Türkiyə ilə bağlı sensasion İDDİA: Növbəti 10 ildə nələr BAŞ VERƏCƏK?
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Makron Trampın gizli "UKRAYNA PLANI"nı niyə İFŞA ETDİ: "Rusiya erası" cəmisi 40 gün sonra BAŞA ÇATACAQ