ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ağ Evdə hazırki prezident Co Baydenin görüşü zamanı Ukraynaya dəstək məsələsi müzakirə edilib.

Kainat.tv xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O bildirib ki, C.Bayden D.Trampa Ukraynaya dəstəyin ABŞ-ın milli təhlükəsizliyinin mühüm elementi olaraq qaldığını deyib.

“Prezident Bayden açıq şəkildə bildirdi ki, Ukraynaya davamlı dəstəyin məqsədi ABŞ-a da təsir edə biləcək daha geniş münaqişənin qarşısını almaqdır”, – Sallivan vurğulayıb. //Globalinfo.az