Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin – respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda. Məsələyə iki aspektdən yanaşmaq olar.
Birincisi, tarixi xronologiyaya istinad:
XX əsrin əvvəlində ortaya atılan “böyük ermənistan” xülyası Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşmişdi”. Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-ın planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub.
70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların – dövlət katibi olmuş Con Kerrinin və hazırki prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.
1997-ci ildə mərhum prezident Heydər Əliyevin ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır.
Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-ın “terror təhlükəsi”nə qarşı başladığı Şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.
Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama Administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı.
Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə – erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır, tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır.
İkincisi, son səkkiz ilin reallıqları – Tramp və Bayden administrasiyalarının müqayisəsi;
Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.
- 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan prezidenti olan Serj Sarkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı;
- Trampın gəlişindən dərhal sonra Qarabağdakı separatçılara mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başladılmışdı;
- Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu;
Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır.
Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra dalğalı oldu, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və anti-terror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir.
Ağ Evdə “əl dəyişərsə”, bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.
Asif Nərimanlı
Tramp, yoxsa Harris: Hansı Azərbaycanın maraqlarına uyğundur? - TƏHLİL
01
noyabr
16:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
Erməni vandalizminin QURBANI: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İRƏVAN
Ukraynanın parçalanma planı TƏSDİQ EDİLİB: Gizli Tramp-Putin sövdələşməsi İFŞA OLUNDU
Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ