ABŞ və Rusiya Trampın ilk hakimiyyəti dövründə dialoq müstəvisini genişləndirərək qlobal məsələlərə dair mühüm razılaşmalar əldə etməyə nail olmuşdular. Xatırlatma edim ki, 2016-cı il ABŞ seçkiləri Rusiyanın müdaxiləsinə dair məhkəmə işləri ilə yadda qalmış, 2020-ci il seçkiləri öncəsi xarici müdaxilə iddiası Trampın impiçmentinəcən yol açmışdı. Bu detalların fonunda Putin ABŞ-da 2024-cü il seçkiləri öncəsi “Mən Kamala Harrisi dəstəkləyirəm” deməklə qlobal media başlıqlarında Rusiyanın müdaxiləsinə dair mövqeləri məzhəkəyə qoymuşdu.
Təbii ki, Rusiya Trampın seçilməsində maraqlı idi və ona görə də Putinin onu qalibiyyət münasibətilə təbrik etməsi təbiidir. Putin Trampı “cəsarətli adam” adlandıraraq onun hakimiyyətə geri qayıdışının Rusiya ilə ABŞ arasında dialoqu daha da inkişaf etdirməyə töhfə verəcəyini bəyan edib.
Kainat.tv xəbər verir ki, bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.
Ekspert NATO-nun hərbi xərclərinin tənzimlənməsi məsələsinə diqqət çəkərək Trampın 2024-cü ilin əvvəlində söylədiyi fikirləri xatırladıb:
"Tramp demişdi: “Qoy Putin NATO-nun müdafiə-hərbi xərcləri ilə bağlı qaydalara əməl etməyən Avopa dövlətlərini nə qədər istəyir əzsin”. Tramp birinci prezidentliyi dövründə ölkəni Suriyadan, Əfqanıstandan çıxardı. İkinci prezidentliyi dövründə isə Ukraynadan çıxarmaqla hədələyib, münaqişəni həll edəcəyi, Ukraynaya yardımları dayandıracağını bəyan edib və hakimiyyətə geri qayıtdığı üçün bu təhdidlər Avropada xüsusilə təşvişlə qarşılanmaqdadır. İndiyə kimi ABŞ Ukraynaya 175 milyard dollardan çox yardım ayırıb ki, onun da 65-ni sadəcə hərbi dəstək təşkil edib. Aİ-nin indiyədək Ukraynaya toplam yardımı isə 43,5 milyard avro olub. İndi isə Avropa öz üzərinə düşən hərbi xərclərin artacağından narahatdır. Tramp onsuz da NATO-nun Avropalı üzvlərinin hərbi xərcləri artırmasını istəyirdi və beləcə Rusiya ilə “əməkdaşlıq” ABŞ-a NATO çərçivəsində bu məqsədini reallaşdırmaq üçün lazımdır".
Ş.Cəlilzadənin fikrincə, 2028-ci ilədək Rusiya və ABŞ dünyanın yenidən bölüşdürülməsində mühüm anlaşmalara nail ola biləcəklər:
"Trampın Putinlə danışıqları istisna etməməsi barədə açıqlaması da bu çərçivədə izah oluna bilər. Putinin sülh şərti Ukraynanın neytral dövlət statusunu elan etməsi və artıq tutduğu ərazilərin Rusiya tərkibində qalmasını tanımasıdır. Bu, təxmini Trampın da mövqeyi sayıla bilər. Belə ki, Tramp ötən il media müsahibəsində bildirmişdi ki, Ukrayna torpaqlarının bir hissəsini Rusiyaya verə bilər ki, bu da onun sülhə və Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsinə necə yanaşdığını göstərir. Aydındır ki, Tramp və Putin dünyanın müxtəlif qaynar nöqtələrində nüfuz bölgüsü razılaşmalarına nail olmağı hədəfləyirlər".
Trampla Putinin GİZLİ RAZILAŞMASI, dünya yenidən bölüşdürüləcək
08
noyabr
17:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ukraynanın parçalanma planı TƏSDİQ EDİLİB: Gizli Tramp-Putin sövdələşməsi İFŞA OLUNDU
Trampın QAYIDIŞI, Makronun TƏŞVİŞİ: Vədlər yerinə yetiriləcək? - TƏHLİL
Bu qüvvələr Azərbaycana qarşı “HÜCUM”A KEÇDİ: planlarının arxasında NƏ DAYANIR?
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Putin və Zelenski TƏTİKDƏ: Trampın iki istəyi var, onunla danışacaq
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
- Putin ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ ETDİ
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
- Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- İrəvandan Bakıya göndərilən "STRATEJİ SAZİŞ"in detalları: Nikolun PLANI NƏDİR?
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?