ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Ağ Evin dünya siyasətinin necə dəyişəcəyi maraqla gözlənilir.
Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin olduğu əsas göstərilərək Ukraynadakı müharibə ilə bağlı tezliklə kritik qərarların verilə biləcəyi deyilir. Hətta yeni ABŞ prezidentinin artıq Moskva və Kiyev üçün təkliflər hazırladığı iddia olunur.
Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə nail ola biləcəkmi? ABŞ gözlənildiyi kimi Rusiya ilə birbaşa əlaqəyə keçəcək?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Tramp seçkilərdən öncə sözügedən müharibəyə bir gündə son qoyacağını açıqlamışdı:
“Əslində bu, mümkün deyil. Böyük ehtimal Tramp özü də reallığı yaxşı anlayır. Lakin o, hazırkı rəsmi Prezident Co Baydendən fərqli olaraq, birbaşa Putinlə dialoqu bərpa etmək niyyətindədir. Doğrudur, Rusiya prezidenti Trampı qələbə münasibətilə təbrik etmədi. Bu səbəblə ABŞ-ın yeni prezidentinin Putinə zəng edib-etməyəcəyi də məlum deyil. Amma ola bilər ki, Tramp andiçmədən sonra Putinlə ya birbaşa, ya da dövlət katibi xətti ilə əlaqəyə keçsin”.
Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi ilə bağlı bir çox diqqət edilməli məqamlar var:
“Trampın ən böyük üstünlüyü qeyri-müəyyənliyidir. O, bu vasitə ilə ABŞ üçün strateji qazanclar əldə etməyə çalışacaq. Lakin həmin qeyri-müəyyənlik Vaşinqton üçün də öngörülməyən problemlər yarada bilər. Həmçinin Trampın bir anda Ukraynanın ən böyük dəstəkçisi olması da mümkündür. Yaxud Kiyevə dəstəyi dayandıra da bilər. Məsələn, Barak Obamanın dövründə Javelin komplekslərinin Ukraynaya verilməsi dondurulmuşdu. Tramp bu maneəni aradan qaldırıb onları Kiyevə təslim edən ilk lider oldu.
K.Sultanlı bildirib ki, ABŞ prezidentinin rusiyalı həmkarı ilə kimyası eynidir, onların xarakteri bir-birinə yaxındır:
“Buna baxmayaraq Tramp praqmatik və opportunitist şəxsdir, o, nəsə qazanmasa, Putinlə anlaşmaz. Digər tərəfdən Ukrayna Rusiya ilə masaya oturdula bilər, amma bu, Trampın Kiyevi tamamilə Moskvaya təslim edəcəyi mənasına gəlmir. Onun üçün vacib olan Çinə qarşı Rusiyadan nə əldə edəcəyidir. Həqiqətən də Putin Trampa Pekin əleyhinə bəzi referenslar edə bilər.
Donald Tramp böyük ehtimal Kiyev cəbhəsindən uzaqlaşmağa çalışacaq, amma bunu edərkən belə güclü diplomatik səylər həyata keçirəcək. O, asanlıqla boşluğu Çin və Rusiyaya verməz. Eyni zamanda Ukraynanın böyük sərvətləri var, yəni Kiyev hökuməti bu imkanlarını Trampa təqdim edib ondan dəstək qazanmağa çalışa bilər. Ümumiyyətlə, ABŞ-ın yeni prezidentinin nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma bir şey dəqiqdir ki, Tramp Putinlə dialoqu bərpa edəcək. Onun Ukraynaya yanaşması Kiyevin də Trampla necə əlaqə qurmasından və inandırmasından asılı olacaq”.
Putin və Zelenski TƏTİKDƏ: Trampın iki istəyi var, onunla danışacaq
08
noyabr
08:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ukraynanın parçalanma planı TƏSDİQ EDİLİB: Gizli Tramp-Putin sövdələşməsi İFŞA OLUNDU
"ZELENSKİ PLANI" qlobal fəlakət ssenarisinə çevrilir: Fransa Ukraynanın dağıdılmasını DƏSTƏKLƏDİ
Putinlə Trampın görüşü Bakıda BAŞ TUTA BİLƏR - Detalları politoloqlar AÇIQLADI
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
Tramp erməniləri ŞOKA SALDI, İrəvanın üç ay vaxtı qalıb: Ermənistanın “QARA GÜNLƏRİ” başlayır
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ