İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının Beyt Lahiya qəsəbəsinə endirdiyi zərbələr nəticəsində azı 60 nəfər həlak olub.Kainat.tv xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.
“Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsində bir neçə evin atəşə tutulması nəticəsində ölənlərin sayı 60-a çatıb, yaralılar da var”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrailin Qəzza zolağının şimalındakı Cebaliya düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər ölüb, 70 nəfər yaralanıb. Son günlər Cebaliya düşərgəsi mütəmadi olaraq İsrail hava hücumlarının hədəfinə çevrilir. //Teleqraf.com