Kainat.tv xəbər verir ki, bu barədə Gürcüstanın müxalifətyönlü televiziya kanalı “Formula” bildirib.
Məsələ ilə əlaqədar keçirilən son iki sorğu seçkilərdə hakim “Gürcü Arzusu” Partiyasının qalib gəldiyini göstərən rəsmi nəticələri şübhə altına alıb. Məlumatda deyilir ki, müxalifət buna etiraz olaraq gələn həftə yeni etiraz aksiyası keçirməyə hazırlaşır.
“Formula”nın sifarişi ilə araşdırma aparan ABŞ-ın məlumat və sorğu şirkəti “Edison Research” bildirib ki, eksit-polla rəsmi nəticələr arasındakı fərq səsvermədə manipulyasiyanı göstərir.