Kainat.tv xəbər verir ki, bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib.
“Əlbəttə, başlayan proses və sülh sazişinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini hədəfləyirik və bu təmaslar bu mənada faydalıdır”, - o bildirib.
Arutyunyan qeyd edib ki, Ermənistan sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə imzalanması üçün imkanlar görür.
“Sülh sazişi çərçivəsində ciddi irəliləyiş var. Hazırda sülh müqaviləsinin redaktə edilmiş versiyaları tərəflərin masasındadır. Yeni redaktələr olanda variantlar hazır olacaq və mübadilə aparılacaq. Yeni görüşə ehtiyac olarsa, o da olacaq”, - Arutyunyan əlavə edib. //Teleqraf.com