Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Kainat.tv onunla müsahibəni təqdim edirik:
- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə müəyyən təlimatlar verildi. Bu təlimatların qısa zamanda nəticəsinin olacağı ehtimalı varmı?
- Cənubi Qafqazda sülh və barışın olması təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Beynəlxalq güclərin burada oynadığı oyunlar və onların maraqlarının təmin olunması istiqamətində tərəflərə psixoloji “güc” tətbiqi əsas faktorlardan biridir. Hər kəs bu regionda əsas oyunçu qismində çıxış etmək istəyir. ABŞ, Rusiya, Avropa Birliyi bu bölgədə öz mövqelərini qorumaqda maraqlıdır. Ona görə də, tərəflərin bu istiqamətdə dərhal qərar qəbul etməsi və prosesi sülhə doğru aparması o qədər də asan görünən məsələ deyil.
- Region uğrunda gedən mübarizənin nəticəsində də sülh prosesi uzanır...
- Məsələnin fundamental tərəfləri Cənubi Qafqaz uğrunda savaşın fərqli müstəvidə getməsidir. Hələ ABŞ, Rusiya, Avropa Birliyi burada maraqlarının təmin olunması istiqamətində tərəflərdən istədiklərini ala bilməyiblər. Ona görə də, hər kəs öz patronajlığı ilə sülh müqaviləsinin imzalanmasını istəyir.
- O zaman yaxın dövr üçün sülh gözlənilmir...
- Reallıq belədir. Ona görə də, Kazan görüşündən sonra sülh müqaviləsinin əldə olunmasına doğru böyük bir addımın atılması mümkün görünmür.
- Təmasların prosesə təsiri olacaqmı?
- Hər halda bu görüş irəliyə doğru atılmış bir addımdır. Növbəti mərhələlər üçün hər iki tərəfdə yaradılacaq komissiyaların rolu əhəmiyyətli dərəcədə özünü göstərəcək. Beləliklə, tərəflər masada həll edilmiş çoxsaylı məsələlərin nəticəsi kimi sülh müqaviləsinə yaxınlaşacaqlar. Amma hər bir halda Cənubi Qafqazda oyunçu kimi çıxış edən tərəflərin maraqları nəzərə alınmalıdır. - Kənar güclərin maraqları dedikdə daha çox hansı şərtlər nəzərdə tutulur?
- Rusiya istəyir ki, Zəngəzur dəhlizi onun nəzarəti altında olsun. Bunun üçün də 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşmaya istinad edilir. Həmin razılaşmada dəhlizin açılması fonunda nəzarəti Rusiyanın həyata keçirəcəyi qeyd edilib. Ona görə də, Moskvanın israrı bununla bağlıdır.
- Dəhliz və sülh məsələsində Amerikanın istəyi nədən ibarətdir?
- ABŞ Orta Dəhliz layihəsinin reallaşmasında daha çox maraqlıdır. Lakin Orta Dəhliz layihəsi hər hansı bir dövlətin maraqları çərçivəsində və nəzarətində deyil, hər kəsin öz sərhədi çərçivəsində nəzarət anlayışı əsasında təklif edilir. Orta Dəhliz layihəsində gələcəkdə iri güclərin, o cümlədən, ABŞ-ın maraqlarını ifadə edən siyasət gerçəkləşmiş olacaq.
- Avropa Birliyinin niyyəti nədir?
- AB yeni güc mərkəzi olaraq proseslərin içərisinə girmək istəyir. Hansı yerdə olmasının onlar üçün fərqi yoxdur. Çünki Rusiya və ABŞ kimi AB-nin maraqları ortada deyil. Amma AB Ermənistanda olmağı israrla istəyir. Bunların nə dərəcədə təmin olunması və tərəflərin reaksiyası olduqca incə nüanslardan, faktorlardandır. Amma bu maraqlar təmin olunmayana qədər sülh müqaviləsinin imzalanması elə də sadə deyil.
- Bölgədə yekun olaraq ağırlıq mərkəzi kimi hansı tərəfin mövqeyinin üstün olacağı gözlənilir?
- Proseslərin gedişi göstərir ki, nəticədə Amerikanın bölgədə “ağırlığı” daha çox hiss ediləcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqda Orta Dəhliz layihəsi konkret dövlətin, hərbi güclərin nəzarətində olmayacaq. Ermənistan və Azərbaycan bu istiqamətdə birgə razılığa gələcək.
Dəhliz bu cür AÇILIR: Bakı və İrəvan belə razılaşacaq - DETALLAR AÇIQLANDI
28
oktyabr
15:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Regional sülh QAPIDA: Hələ də bunu həzm edə bilməyən qüvvələr var - "Kaspi"nin TƏHLİLİ
Baydenin “ÜMİDLƏRİ” Qafqaza TƏHLÜKƏDİR: Bakı Ağ Evi “SEVİNDİRMƏK” niyyətində deyil
Zəngəzurda ABŞ və Qərb Rusiya ilə SAVAŞIR: Türk İttifaqı isə orbitr rolunda hər iki tərəfə şərtləri diqtə edir
İrəvan YENİ SAVAŞın vaxtını təyin edib: ABŞ və Qərbin Gürcüstandan verəcəyi İŞARƏNİ GÖZLƏYİR
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- COP29 gündəliyi - 21.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Türkiyədə polislərə SİLAHLI HÜCUM – YARALILAR VAR
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- Əvvəlcə Putin, sonra Mirzoyan: İrəvana gözlənilməz səfərin DETALLARI
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- "Xocalı" ad gününü QEYD ETDİ
- Ermənistanla münasibətlərimiz Azərbaycandan asılıdır - URALOĞLU
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- COP29 gündəliyi - 21.11.2024
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?