Hazırda Suriyada baş verənlər, ittifaqlar və hədəflər, hadisələrin mümkün inkişafı birdən çox suala cavab axtarışını aktuallaşdırır. Ki, bu cavablar baş verənləri anlamaq baxımından da əhəmiyyətlidir.
- Hansı qruplar döyüşür və arxasında kimlər var?
- Müharibə niyə yenidən alovlandı?
- Əsədə qarşı hücuma niyə Heyət Təhrir Əş-Şam (HTŞ) liderlik edir?
- Ölkələr üzrə gizli ittifaqlar necə görünür və uzlaşma-kəsişmə nöqtələri hansılardır?
Suriyada 4 əsas qüvvə və hər birinin arxasındakı ölkələr mübarizə aparır:
1. İran və Rusiyanın dəstəklədiyi Əsəd rejimi (Suriya Silahlı Qüvvələri);
2. Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (Azad Suriya Ordusu -ASO);
3. ABŞ-ın açıq, İsrailin gizli şəkildə dəstəklədiyi PYD/YPG (PKK-nın Suriya qanadı);
4. Müxtəlif ölkələrin (ABŞ, Avropa ölkələri, Türkiyə, İsrail) təsir imkanlarının olduğu və onlara bağlı qrupların yer aldığı HTŞ;
Müharibənin indi alovlanmasının iki bəlli səbəbi var:
- Rusiyanın Ukraynada döyüşdüyü, İran ətrafında halqanın daraldığı vaxt Əsədin müqavimət qabiliyyətinin zəifləməsi: rejim qüvvələrinin Hələb və Həmadan qısa müddətdə çıxarılması da bunu təsdiq etdi;
- İsrailin ABŞ-ın dəstəyi ilə İranın Yaxın Şərqdəki mövqelərinin neytrallaşdırılması əməliyyatında Suriya mərhələsinə start verilməsi;
Suriyada Əsədə qarşı müxaliflər əsasən ASO çətiri altında toplansa da, hücuma HTŞ-nin liderlik etməsinin də səbəbləri var:
Birincisi, Türkiyə tərəfindən dəstəklənən ASO-dan fərqli olaraq, Əsədə qarşı olan ölkələr HTŞ-də “ortaq hədəf” ətrafında birləşir: HTŞ-də ASO qüvvələri döyüşsə də, hücuma Ankaranın rəhbərlik etməsi Moskva və Tehranla açıq qarşıdurmaya səbəb olacaqdı, hazırda belə bir qarşıdurma olsa da, Türkiyə diplomatik manevr imkanlarını saxlayır;
İkincisi, Suriyanın mümkün bölünməsi perspektivində “sünni ərəb dövləti”nin yaradılması ssenarisinin HTŞ üzərindən həyata keçirilməsi planı istisna edilməməlidir;
Bütün bunların fonunda baş verənlərdə əsas məqam Suriya müharibəsində tərəf olan ölkələrin uzlaşan və toqquşan maraqlarıdır.
a) Rusiya və İran Əsəd rejiminin qalmasında ortaq mövqedən çıxış etsə də, Moskvanın prosesə Tehran qədər aktiv müdaxiləsi görünmür: Rusiyanın Suriyada müəyyən pay almaq, eləcə də Ukraynada güzəştə əldə etmək naminə ABŞ/İsrail cəbhəsi ilə anlaşması perspektivi mümkün variantlardandır;
b) Əsədə qarşı hücumda Türkiyə və ABŞ-ın (Qərb ölkələri, eləcə də İsrail) maraqları uzlaşır:
- ABŞ/İsrail ittifaqının hədəfi Rusiyanı Suriyada – Yaxın Şərqdə sıxışdırmaq, xüsusilə İran qüvvələrini sıradan çıxarmaq, Tehranın Hizbullah üzərindən nəzarətdə saxladığı Suriya-Livan xəttini qırmaqdır;
- Türkiyə Suriyada “zəif bəndə” çevrilən Rusiya və İranla eyni cəbhədə yer almaq istəmir, Əsədin devrilməsi, ən azından sıxışdırılması ssenarisində sərhədlərində “təhlükəsizlik zonasının” yaradılması, suriyalıların geri qayıdışının təmin edilməsi və mümkün parçalanma perspektivində payını almaq istəyir;
Uzlaşma nöqtəsi cari dövrdə aktuallığını saxlayacaq, hərçənd, “Əsəd əməliyyatı” başa çatdıqdan sonra Türkiyə və ABŞ/İsrail cəbhəsinin toqquşma nöqtəsinin aktuallaşacağı ehtimalı böyükdür. Çünki ABŞ PKK-nın Suriya qanadı olan PYD/YPG-yə dəstəyini kəsmək niyyətində deyil, əksinə Tramp dövründə bunun daha da artacağı gözlənilir.
Və Suriyada mümkün parçalanma ssenarisində Fəratın şərqində - PYD/YPG-nin nəzarət etdiyi ərazilərdə “kürd dövləti/muxtariyyəti”nin yaradılması və Şimali İraq Kürd Muxtariyyətinin də iştirakı ilə Aralıq dənizinə qədər məlum “kürd dəhlizi” layihəsi aktuallaşa bilər. Bu, Türkiyə üçün post-Əsəd dövrünün əsas problemi olaraq qalır. Hərçənd, bu ssenaridə Ankaranın əli o qədər də zəif görünmür:
- Türkiyənin ASO üzərindən Suriyada faktiki nəzarət etdiyi ərazilər “kürd dəhlizi” önündə maneədir;
- Suriyanın parçalanması ssenarisində Türkiyənin ASO üzərindən müqavimət göstərməsi və pay alması imkanları var;
- Ankara PYD\YPG kartına qarşı Ərbillə münasibətlərindən də rıçaq kimi istifadə edə bilər;
Suriyada baş verənləri cari dövr və perspektiv olaraq qiymətləndirdikdə, Əsəddən sonra da qarşıdurmanın başa çatacağını demək çətindir. Əsədin – İran və Rusiyanın müqavimət göstərməsi və qala bilməsi isə - çətin görünür - hadisələrin inkişafını fərqli istiqamətə yönəldəcək.
Asif Nərimanlı
İttifaqlar, hədəflər və PERSPEKTİV: Suriyada geosiyasi toqquşmanın PƏRDƏARXASI
06
dekabr
23:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
Türkiyədə terror dalğası: TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - ÖZƏL YAZI
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
Türkiyə PKK-nı belə BİTİRƏ BİLƏR – Şifrəni məşhur azərbaycanlı yazıb!
Suriyada döyüşən qüvvələr və onların nəzarət etdiyi ərazilər - XƏRİTƏ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ