Kainat.tv hazırda Suriyada döyüşən qüvvələr və onların nəzarət etdiyi əraziləri təqdim edir.
Suriyada nəzarət uğrunda 4 əsas qrup mübarizə aparır:
- Əsəd qüvvələri: bura hökumət qüvvələri ilə yanaşı, yarımhərbi birləşmə olan milli müdafiə qüvvələri də daxildir;
- PYD/YPG terror təşkilatı: PKK-nın Suriya qanadı olan qruplaşma ABŞ-ın dəstəyi ilə Suriyanın şərqinə nəzarət edir, əsas üzvləri kürd əsilli terrorçulardan ibarətdir;
-“Heyət Təhrir əl-Şam” (HTŞ): 2016-cı ilə qədər bu qruplaşma Əl-Qaidə terror təşkilatına biət edən ən-Nusra Cəbhəsinə bağlı idi, daha sonra yollarını ayırdı, hazırda qruplaşmada Əsəd qarşı olan üsyançılar birləşir.
- Azad Suriya Ordusu (ASO): Suriyanın şimalına nəzarət edən bu qüvvələr müxalif döyüşçülərdən ibarətdir;
Bu qüvvələrin nəzarət etdiyi ərazilərin xəritəsi yayılıb. //Publika.az
