Xəbər verdiyimiz kimi bir müddət öncə, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə dəvət olunub. Məlumata görə, bunun səbəbi COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin guya Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasıdır. Ardınca isə noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.
Səfirlərin qarşılıqlı şəkildə XİN-ə çağırılması nədən xəbər verir? Növbəti addım iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması ola bilər?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, proses iki ölkə arasındakı münasibətlərin gərgin vəziyyətində olduğunu göstərir:
“Bu, ilk hadisə deyil. Daha əvvəl də Fransa səfiri Azərbaycan XİN-ə çağırılmış, lazımi xəbərdarlıqlar edilmişdi. Son bir neçə il ərzində Fransanın Azərbaycana qarşı həyata keçirdiyi ədalətsiz, qərəzli, ikili standartlara dayanan siyasətindən irəli gəlir. Xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı Fransa rəsmi Bakını təcavüzdə günahlandırırdı. Qarabağ müharibəsindən bir ay keçməmiş Fransa Milli Asambleyasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edildi. Sonrakı müddətdə Parisin İrəvanla imzaladığı hərbi texniki müqavilələr, silah, texnika dəstəyi, eləcə də Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarında ermənipərəst fikirlərin sezilməsi və s. fonunda belə mənzərə yaranır ki, Parisin Cənubi Qafqaz siyasətində erməni təəssübkeşliyi var”.
Sultan Zahidov
Politoloqun sözlərinə görə, Fransa regionda gərginliyin olmasında maraqlıdır:
“Azərbaycan da buna qarşı çıxıb, mövqe ortaya qoyduğu üçün Fransa ölkəmizə qarayaxma kampanyasını aparmaqda davam etdi. Bu proses COP29 ərəfəsində də davam etmişdi. Hətta rəsmi Paris digər ölkələri sözügedən sammitdə iştirak etməməyə çağırmışdı. Halbuki COP29 BMT-nin tədbiridir və qlobal məsələlər müzakirə olunur. Sammit çərçivəsində olduqca mühüm məsələlər müzakirə olundu, böyük miqdarda maliyyə dəstəyi ayrıldı. Bunun baş tutmasında Azərbaycan da pay sahibi idi. Fransa nəyə görəsə bunu görməzdən gəldi. Qlobal iqlim dəyişikliyi yolunda atılmış mühüm addımları, nəticələri heçə saydı.
Bütün bu proses iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi. Lakin diplomatik münasibətlərin yaxın günlərdə tamamilə kəsiləcəyini düşünmürəm”.
İki ölkə arasında gərginlik PİK HƏDDƏ: döyüşə səfirlər GEDİR
26
noyabr
13:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏYİB
- 2025-ci illə bağlı XOŞ XƏBƏR: əməkhaqqı, pensiya, sosial vəziyyət... - SPİKER
- “İran ilk nüvə silahını ƏLDƏ ETDİ” – Sensasion GƏLİŞMƏ
- Bu rayonda NƏ BAŞ VERİR: İcra başçısının müavinləri və şöbə müdirləri işdən azad edildi – VİDEO
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- SENSASİON İDDİA: Yəmənlilər Ukrayna MÜHARİBƏSİNDƏ - Husilər onları BELƏ ALDADIR - FOTO
- Azərbaycanda ətlə bağlı mühüm QƏRAR VERİLDİ
- Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO