ABŞ-ın yeni prezidenti Donald Trampın öz vəzifəsinin icrasına başlamasına iki aydan da az qalır. Dünyada davam edən və qlobal sülhə təhlükə kəsb edən proseslər üçün isə bu, heç də az müddət deyil. Söhbət öncəliklə Ukrayna-Rusiya müharibəsindən gedir.
Bir çox siyasi müşahidəçilərə görə, ölkənin hazırkı prezidenti Co Baydenin planı belədir ki, Tramp hakimiyyətə gələnə qədər Ukraynanı mümkün qədər gücləndirsin. Bu barədə “Bloomberg” öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, strategiya Ukrayna prezidenti Vladimir Zelenskiyə kömək etmək və hərbi əməliyyatların davam edəcəyi təqdirdə Kiyevin Rusiyaya cavab vermək potensialına malik olduğunu göstərmək məqsədi daşıyır.
Bu arada rusiyapərəstliyi ilə tanınan hərbi analitik və keçmiş amerikalı kəşfiyyatçı bildirib ki, Bayden Tramp vəzifəyə başlamazdan əvvəl nüvə müharibəsi başlada bilər.
“Bild” nəşri isə yazıb ki, Kreml Ukraynanı üç yerə bölmək niyyətindədir. Bildirilir ki, bu ssenari Rusiya Müdafiə Nazirliyinin məxfi sənədində öz əksini tapıb. Putinin Ukraynanın parçalanması ideyasını ABŞ-ın yeni prezidenti Trampa təqdim etmək niyyətində olduğu iddia edilir. Moskvanın şərti odur ki, Rusiya “Ukraynanın əhəmiyyətli ərazilərini” saxlamalı, Ukraynanın özü isə NATO-ya daxil olmaq planlarından əl çəkməlidir.
“Sənəddən belə çıxır ki, Kreml Ukraynanı "üç hissəyə" bölmək niyyətindədir. Ölkənin bütün şərqi (Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri), eləcə də Krım Rusiyaya keçməlidir".
Tramp Putinin “yol xəritəsi” ilə hərəkət edəcək, yoxsa özününkü ilə?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Rusiyanın nüvə silahlarından başqa da təhlükəli silahlara sahib olmasından söz açdı: “Trampın seçkilərdə qalib gəlməsindən sonra Rusiya-Ukrayna müharibəsinin daha da alovlandığına şahid oluruq. Tramp seçkiöncəsi çıxışlarında - mən bu münaqişəni bir günə bitirəcəm - deyirdi. Təbii ki, bunu deyərkən o özü də yaxşı anlayırdı ki, belə bir ciddi qarşıdurmanı nə bir günə, nə də bir aya bitirmək mümkün deyil. Bu səbəbdən onun dediyi "bir gün" şərti deyimdən başqa heç nə deyildi. Belə bir çağırışı etməklə Tramp demək istəyirdi ki, mən bu müharibəni mümkün qədər tez bitirməyə çalışacam. Ancaq necə?
Trampın Ağ Evdəki kürsüyə oturmasına iki aya yaxın zaman qaldığı bir vaxtda fəaliyyətdə olan prezident Co Baydenin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə ABŞ silahları ilə hücum etmək razılığını verməsi vəziyyəti əsaslı şəkildə dəyişdi. Ukrayna bu razılıqdan istifadə edərək Rusiya ərazisində ciddi fəsadlara səbəb olan zərbələr endirdi. Rusiya isə bunun qarşılığını indiyə qədər Ukrayna ilə müharibədə istifadə etmədiyi ballistik raketdən istifadə etməklə verdi.
Mən bu barədə dəfələrlə demişdim ki, Rusiyanın arsenalında nüvə silahına qədər digər təhlükəli silahlar da mövcuddur. Sadəcə, Rusiya hələlik onlardan istifadə etmir. Göründüyü kimi, Rusiya zərurət yarandığı üçün bu silahların bir növündən istifadə etdi. Rusiya ABŞ başda olmaqla, Qərbə xəbərdarlıq etdi ki, daha bir addım da atacağınız tədqirdə, biz bunun cavabını atdığımız raketə nüvə başlığı bağlayaraq verəcəyik - bunu istəyirsinizsə, buyurun. Rusiyanın bu addımından sonra Ukrayna Qərbin ona verdiyi uzaqvuran raketlərdən istifadəni dayandırıb. Sual olunur, Qərbin verdiyi raketlərlə hücuma razılıq verilibsə və bu hücum başladılıbsa, Ukrayna nədən başladığı hücumu davam etdirmir?
Qərb, başda ABŞ olmaqla, indi tam anladı ki, onun Ukraynaya verdiyi raketlərlə növbəti hücuma cavab olaraq Rusiya nüvə silahından istifadə edə bilər. Putinin son çıxışında Qərbi və Ukraynanı nüvə silahı ilə açıq təhdid etməməsinin açması da budur. Putin bununla da göstərdi ki, o artıq sözdən işə keçəcək.
Putinin başlatdığı bu müharibədə geriyə bir başqa yolu olsaydı, o halda nüvə müharibəsi təhlükəsinin hələ ki uzaqda olduğunu düşünmək mümkün idi. Lakin Qərb də anlayır ki, Ukraynanın Rusiyaya uzaqvuran raketlərlə hücumu Rusiya hakimiyyətinin ölkəsinin nüvə doktrinasında müvafiq dəyişikliklər etməsindən sonra çox ağır nəticələrə gətirib çıxara bilər".
Sabiq nazir Trampın indiki davranışlarının seçkiöncəsi dedikləri ilə üst-üstə düşmədiyinə də toxundu: “Bəs Donald Tramp nədən Rusiya-Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın təhriki ilə başladılmış yeni mərhələ ilə bağlı susur? Axı indi baş verənlər onun seçkiqabağı səsləndirdiyi "mən bu müharibəni bir günə bitirəcəm" çağırışlarına tam ziddir. Tramp indi 8 il öncə hakimiyyətə ilk dəfə gəldiyi vaxtlarda olduğu kimi yalnız biznesmen təfəkkürü ilə düşünmür. İndi o artıq böyük siyasətin böyük fiquru kimi ortadadır. İndi o, baş verənləri seyr edir. Nə qədər ki, Ağ Evdəki kürsüsünə oturmayıb, çalışacaq ki, bu müharibəyə müdaxilə etməsin. O, yaxşı bilir ki, hərbi eskalasiya nüvə müharibəsi səviyyəsinə yüksələrkən Qərb də, Şərq də, bütün dünya da ondan bu təhlükəni durdurmağı xahiş edəcək. Belə bir müraciət olarsa, o halda Tramp kürsüyə oturmazdan öncə prosesə müdaxilə edəcək və gərginliyin nizamlanmasına nail olacaq. Bununla da Tramp özünün və mənsub olduğu Respublikaçılar Partiyasının nüfuzunu yetərincə qaldıracaq və heç şübhəsiz ki, Nobel sülh mükafatına layiq görüləcək..."
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Rusiya nüvə silahından istifadəyə hazır görünür, amma bunun bir əmması var: “Düşünürəm ki, indiki mərhələdə nüvə silahından istifadə üçün "yaşıl işıq" hələ ki yandırılmayıb. Doğrudur, Rusiya nüvə silahından istifadəyə hazır görünür, amma indiki məqamda bu, sadəcə, əzələ nümayişidir. Məsələ ondan ibarətdir ki, Moskva strateji nüvə silahlarından istifadənin Rusiya dövlətçiliyinin sonu olacağının fərqindədir. Amma taktiki nüvə bombasından istifadə qırmızı qovluqla masadadır. Yəni bu hər an baş verə bilər. Belə olan halda da Kremli ciddi təhdidlər gözləyir. Putin hakimiyyətinin daha ağır sanksiyalarla üzləşməsi mümkündür. Co Baydenin Ukraynanı silahlandırması isə Kiyevin danışıqlar masasına nisbətən güclü getməsi üçündür. Ukrayna Belqorod və Kursk uğrunda yeni həmlələrə hazırlaşacaq. Məsələ ərazilərin dəyişdirilməsi ilə bağlıdır. Ukrayna Qərb tərəfindən platsdarma çevrildiyinin fərqindədir. Ona görə də prosesdən mümkün qədər az itki ilə çıxmaq niyyətindədir. Tramp isə Ukraynanın güzəştə getməyəcəyi təqdirdə onun ərazilərinin Avropa dövlətləri arasında bölüşdürülməsi üzərində düşünür ki, bu da üçüncü dünya savaşının qarşısını alacaq yeganə vasitədir. Çünki Rusiya Donbasdan və Krımdan əl çəkməyəcək. Ukraynanın indiki mərhələdə üç, hətta dörd hissəyə parçalanıb bölüşdürüləcəyi də istisna deyil. Amma bu indiki yox, gələcək perspektivdə, yəni ən son variantda mümkündür. Bayden və Tramp, sadəcə icraçıdır, bu, ABŞ dərin dövlət sisteminin projesidir. Ukraynada Qərb məğlub olarsa, Rusiyanın əks-hücumu bütün Avropanı silkələyə bilər. Ona görə də kartların yenidən paylanıldığı dönəmdə Qərb koalisiyası da proseslərdən minimum az itki ilə çıxmaq niyyətindədir. Bir sözlə, 80 il əvvəl SSRİ ilə Almaniya arasındakı “Polşa ssenarisi” indi Ukrayna üzərində tətbiq edilə bilər. Amma bu dəfə üçüncü dünya savaşı reallaşacaqmı, onu yanvarın 20-dən sonrakı proseslərdə görmək mümkündür. Yəni Vaşinqtonla Kreml Ukrayna savaşının birdəfəlik həllində indi mövqe uyğunluğuna daha yaxındır. Sadəcə, bir qədər redaktə və korrektəyə ehtiyac var".
Cavanşir ABBASLI
Gizli Ukrayna planının "ŞİFRƏLƏRİ": Yanvarın 20-dək - SENSASİYA!
26
noyabr
14:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Trampla Bayden Rusiyanı “BİTİRMƏK” üçün razılığa gəlib - ŞOK İDDİA
Bayden Trampa “QLOBAL FƏLAKƏT” ssenarisi buraxıb, GEDİR: Qoca Co dünyanı NÜVƏ SAVAŞINA sürükləyir
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
Ukraynanın parçalanma planı TƏSDİQ EDİLİB: Gizli Tramp-Putin sövdələşməsi İFŞA OLUNDU
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏYİB
- 2025-ci illə bağlı XOŞ XƏBƏR: əməkhaqqı, pensiya, sosial vəziyyət... - SPİKER
- “İran ilk nüvə silahını ƏLDƏ ETDİ” – Sensasion GƏLİŞMƏ
- Bu rayonda NƏ BAŞ VERİR: İcra başçısının müavinləri və şöbə müdirləri işdən azad edildi – VİDEO
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- SENSASİON İDDİA: Yəmənlilər Ukrayna MÜHARİBƏSİNDƏ - Husilər onları BELƏ ALDADIR - FOTO
- Azərbaycanda ətlə bağlı mühüm QƏRAR VERİLDİ
- Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO