4 il öncə - 25 noyabr təqvimi 44 günlük müharibə qədər əhəmiyyətli hadisənin tarixə keçdiyi gündür. İşğal altında olan Kəlbəcər rayonu bir güllə atılmadan, heç bir itki verilmədən azad olundu. Eyni strategiya ilə Ağdam və Laçın rayonlarındakı erməni işğalına son qoyuldu. Bu tarixi qələbəyə məhz Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi strategiyası nəticəsində mümkün olub.
Kainat.tv xatırladır ki, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində ordumuz cəmi 44 gün ərzində torpaqlarımızdakı işğala son qoydu və işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi.
10 noyabr tarixində imzalanan kapitulyasiya aktında üç rayonun Ağdam, Kəlbəcər və Laçının boşaldılması, Azərbaycana təhvil verilməsi də öz əksini tapırdı. 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın təhvil verilməli idi. Ermənilər müxtəlif bəhanələrlə Kəlbəcərin qaytarılmasını uzatmağa çalışsa da, Azərbaycan cəmi 10 gün – 25 noyabra qədər vaxt verdi. Nəticədə 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda Laçın azad olundu.
Bu, Prezident İlham Əliyevin bir güllə atmadan, heç bir itki vermədən, bir cümlə ilə üç rayonumuzu azad etmək strategiyası idi. Bu uğurun miqyasını anlamaq üçün adıçəkilən rayonların coğrafi relyefinə baxmaq lazımdır.
Ağdam, işğal dövründə Ermənistan ordusunun ən böyük istehkamlar yaratdığı və başdan-başa minaladığı rayon idi. Çünki işğalçı ordu bütün bu müddət ərzində Azərbaycan ordusunun məhz Ağdam istiqamətindən hücuma keçəcəyini düşünürdü. Ali Baş Komandan İlham Əliyev isə hərb elminə düşəcək taktiki gediş etdi: qüvvələri Ağdam cəbhəsinə toplamaqla düşmənin diqqətini bura çəkdi, o cümlədən, düşmən ordusunun qüvvələrini parçaladı, əvəzində ordumuz digər istiqamətlərdən əks-hücum əməliyyatı ilə düşməni darmadağın etdi. Ermənistan kapitulyasiyaya imza atmasaydı, Ağdamın azad edilməsi istiqamətində də əməliyyat başlanacaqdı. Lakin bu, daha çox şəhid verməyimiz demək idi.
Heç bir şəhid vermədən azad edilən Kəlbəcər, relyefinə görə döyüş əməliyyatlarının aparılması çətin olan bölgədir. Hərbi mütəxəssislər də bu relyefdə döyüşün aparılmasının çətinliyini qeyd edirlər. Təbii ki, torpaqlarımızın son qarışına qədər azad edilməsi tapşırığını canı ilə, qanı ilə yerinə yetirən Azərbaycan əsgəri dağlara, minalara, bütün çətinliklərə rəğmən Kəlbəcəri də azad edəcəkdi. Prezident İlham Əliyevin diplomatik strategiyası daha çox şəhid verməyimizin qarşısını aldı.
Nəticədə, ən çətin relyefin və istehkamların olduğu Ağdam, Kəlbəcər və Laçın azad edildi. Prezident İlham Əliyev 1 dekabr 2020-ci il tarixində -Laçının azad edildiyi gündə xalqa müraciətində bir güllə atmadan üç böyük rayonumuzun azad edilməsinə də toxundu.
“Qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı. Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik”, - Ali Baş Komandan tarixi qələbəni belə şərh edirdi.
Bu gün azad edilmiş torpaqlarda, o cümlədən, Laçında, Ağdamda, Kəlbəcərdə qayıdış proqramına uyğun olaraq, böyük quruculuq işləri həyata keçirilir. Artıq Laçında həyat bərpa olunur, Kəlbəcərdə böyük təsərrüfat işləri qurulub, Ağdama ilk qayıdışın 2025-ci ilin payızında olacağı gözlənilir. Tikinti meydançasını xatırladan Qarabağ və Şərqi Zəngəzur bölgəsinə insanların və həyatın qısa müddətdə qayıdışını təmin etmək istiqamətində genişmiqyaslı işlər görülür. Cəmi 4 il ərzində görülən işlərin miqyasını nəzərə alanda, Azərbaycanın yeni bir tarix yazdığını da görəmək olar. Və bütün bu quruculuq işləri Ermənistanın miras qoyduğu “mina terroruna” rəğmən aparılır. Azərbaycan həm də nadir ölkədir ki, öz torpaqlarını qısa müddətdə azad etdikdən dərhal sonra şəhərləri, rayonları öz hesabına inşa edir. İşğal dövründə bu ərazilərdəki bütün infrastruktur darmadağın edilib, şəhərlər, böyük yaşayış məntəqələri Yer üzündən silinib. Qarabağ və Şərqi Zəngəzur bölgəsi sıfırdan qurulur və bütün bu işlərə nəzər yetirdikdə aydın görünür: Azərbaycanı hərb meydanında qalibə çevirən, bir güllə atmadan rayonlarımızı azad edərək, diplomatik meydanda da Zəfər qazandıran Prezident İlham Əliyev quruculuq sahəsində də tarix yazır.
Asif
Tarixə düşən QƏLƏBƏ: bir güllə atmadan üç rayonun azad edilməsi STRATEGİYASI
25
noyabr
23:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏYİB
- QADAĞA: ermənipərəst jurnalist Türkiyəyə BURAXILMADI
- “İran ilk nüvə silahını ƏLDƏ ETDİ” – Sensasion GƏLİŞMƏ
- SENSASİON İDDİA: Yəmənlilər Ukrayna MÜHARİBƏSİNDƏ - Husilər onları BELƏ ALDADIR - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR