Yasamal Rayon Məhkəməsində Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı hallanan məhkəmə prosesi uzun fasilədən sonra yenidən davam etdiriləcək.
Kainat.tv xəbər verir ki, noyabrın 27-nə təyin olunan prosesə Elman Rüstəmovun və Mərkəzi Bankın indiki rəhbərliyinin təzyiq göstərmələri iddiaları da var.
Məhkəmədə baxılan işin mahiyyəti budur ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən, 2013-cü ildə “Premium Bank” və “DekaBank”a istehlak krediti olaraq 5 milyon manat kredit verib. Məsələ burasındadır ki, bu kredit verilərkən Azərbaycan vətəndaşı Nizami Kərimovun əmlakı ondan xəbərsiz girov qoyulub!
Vətəndaş Nizami Kərimov bu qanunsuzluqdan 6 il sonra xəbər tutub. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Nizami Kərimovun əmlakı satın aldığı “Aqana Servis” Elman Rüstəmovun tikinti şirkətlərindən biridir. Şirkəti oliqarx bankirin şəriki Azad Nağıyev idarə edib.
Elə bu dələduzluq işinə görə Azad Nağıyev həbsə alınıb. Cəzaçəkmə müəssisəsindən Yasamal Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədovaya məktubla müraciət edən Azad Nağıyev yazıb ki, banklardan ona istehlak krediti adı ilə verilən pulları aldıqdan sonra Mərkəzi Bankın sədri olan Elman Rüstəmova ötürüb.
Eyni zamanda Nizami Kərimova məxsus əmlakla bağlı məsələyə aydınlıq gətirən Azad Nağıyev vətəndaşa məxsus əmlakı Elman Rüstəmovun göstərişi ilə sənədləri saxtalaşdırmaqla girov qoyduğunu da açıqlayıb.
Bu iş üzrə 3 il öncə Nizami Kərimovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırma aparılıb. 2021-ci ilin 3 sentyabr tarixində Nəsimi Məhkəməsi Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilib.
Faktiki olaraq kreditin cinayət yolu ilə götürülməsi çıxarılan qətnamə ilə sübut olunub. Elman Rüstəmovun şəriki Azad Nağıyev bu cinayətə görə uzunmüddətli həbsə məhkum olunub. Buna baxmayaraq, Elman Rüstəmov və Mərkəzi Bankın indiki rəhbərliyi Yasamal Rayon Məhkəməsinə təzyiq göstərməklə vətəndaş Nizami Kərimovun əmlakının satışa çıxarılmasına yol açacaq qərar verilməsinə nail olmağa çalışırlar. Bu isə hər bir vətəndaşın mülkiyyət hüququ üçün real təhlükə, əcəl zəngidir.Musavat.com
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
25
noyabr
15:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan QAÇIB
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
Azercell Telekom” müştərilərini necə aldadır - MƏHKƏMƏ İŞİ
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Ordudakı YEYİNTİ İŞİ: Mənimsənilmiş dövlət vəsaitindən nə qədəri QAYTARILIB?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ