Türkiyənin Antalya vilayətinin hava limanında Rusiyaya məxsus “SSJ-100” təyyarəsi yanıb.

Kainat.tv “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiyaya məxsus “Azimut” aviaşirkəti tərəfindən təyyarənin yanma səbəbi açıqlanıb.

Bildirilib ki, qeyri-sabit hava şəraiti və güclü külək səbəbindən “Sukhoi Superjet 100” təyyarəsi sərt eniş edib.

Qeyd edilib ki, təyyarədə olan bütün sərnişinlər təxliyə edilib. Onlar sağ-salamat hava limanının terminalına çatdırılıb.

Onlar həmçinin aydınlaşdırıblar ki, aviaşirkət geri uçuş üçün ehtiyat təyyarə hazırlayır.

Qeyd edək ki, yanğın söndürülüb.