“400 məktəbin əsaslı təmirə və yenidən tikilməsinə ehtiyac var. Son 4 il ərzində 500-ə qədər məktəbi şagirdlərin istifadəsinə vermişik. 4 il əvvəl bizim 950 qəzalı məktəbimiz var idisə, bu gün bu say 400-dür”.

Kainat.tv xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəyyən ardıcıllıqla məktəblər təmir edilir və ya yenidən tikilir.