Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb.

Kainat.tv xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona Ermənistanla ABŞ arasında son illər münasibətlərin inkişafı və hazırkı vəziyyəti barədə məlumat verib.

"Regional gündəliyə aid məsələlər də müzakirə olunub", - Ermənistan Nazirlər Kabineti əlavə edib.