Qərbin bəzi dairələri Bakıdakı qlobal müzakirələrdə iştirak etmədikləri üçün peşman olacaqlar
COP29-un beşinci günü olsa da - tədbir noyabrın 22-dək davam edəcək - Azərbaycanın ev sahibliyi etdiyi iqlim konfransı ölkəmizin növbəti uğur hekayəsi kimi tarixə və gələn qonaqların yaddaşlarına yazılmaqdadır. Bu, təkcə dünyanın bütün qitələrindən gələn dövlət başçılarının və ali nümayəndələrinin Bakıdakı tədbirə verdikləri yüksək qiymətlə şərtlənmir. Bunu Bakıda əldə edilən real nəticələr də şərtləndirir ki, bu barədə bir qədər sonra...
Əlbəttə ki, COP29-un ikinci iş günündə liderlərin sammitində Azərbaycan Prezidenti İlham Əliyevin qısa, amma çox dəqiq hədəfləri olan çıxışı hələ uzun müddət müzakirə ediləcək.
Dövlət başçısı ən əvvəl Azərbaycanın COP29-a ev sahibliyi etməsinin 200 ölkənin yekdil qərarı olduğunu yada salaraq bunu ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib. İ.Əliyev ölkəmizin bərpaolunan enerjidə texniki potensialının quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilə qədər ölkədə təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır.
Dövlət başçısı COP29-a ev sahibliyi edən Azərbaycana qarşı haqsız hücumlara da tutarlı cavab verib, bu hücumları “yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyası” adlandırıb.
Dövlət başçısı zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsini qərəz və riyakarlıq adlandırıb: “Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikilistandartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.
Prezident COP29-la bağlı anti-Azərbaycan isterikasını dəstəkləyənlərə də “pis xəbər” verib, iştirakçı ölkələrin sayının “onlara ən yaxşı cavab” olduğunu deyib. Dövlət başçısı COP29-da 196 ölkədən 72 min iştirakçının, onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər olduğunu deyib.
Bakıda əldə edilən real nəticələrə gəlincə, məsələn, 2015-ci ildə iqlim üzrə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə razılıq əldə etmək mümkün olmamışdı. COP29-un ilk günündə isə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Azərbaycan qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizəyə bağlılığını və bu aspektdə beynəlxalq əməkdaşlığa verdiyi dəyəri nümayiş etdirir: "Ölkəmiz son illərdə ədalətli və davamlı inkişaf prinsiplərinə əsaslanaraq enerji sektorunu yeniləmək, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq və iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq üçün bir çox əhəmiyyətli işlərə imza atmaqdadır. Azərbaycan Qərbin ikili standartları və qarayaxma kampaniyaları fonunda COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyev tədbirin açılış nitqində üzləşdiyimiz qərəzli yanaşmalardan bəhs edərək bunun yolverilməz olduğunu nəzərə çatdırdı və qeyd etdi ki, ekoloji problemlərin bir çoxu inkişaf etmiş ölkələrin sənaye inqilabları ilə atmosferə axıtdığı zərərli tullantılar nəticəsində yaranıb. Azərbaycan potensialını, verəcəyi töhfələri önə çəkərək dünya ölkələrindən iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşma gözləyir".
Vüqar İsgəndərov
YAP-çı deputat Vüqar İsgəndərov dedi ki, COP29-la bağlı Azərbaycana qarşı boykot çağırışları edənlər heç nəyə nail ola bilmədilər: “Ölkəmizə gələn xarici qonaqların sayı, dövlət başçılarının və ən yüksək səviyyədə dövlət rəsmilərinin tədbirdə iştirakı bunu sübut edir. Biz bilirdik ki, COP29 öncəsi təzyiqlər artacaq. Bu cür addımlar Azərbaycanı getdiyi yoldan döndərə bilməz. Bütün detalları nəzərə alıb, nümunəvi tədbir keçiririk. Heç kimin diktəsinə, məsləhətinə ehtiyacımız yoxdur. Cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsinə gördükcə biz daha da əmin oluruq ki, Azərbaycan düz yolla və inamlı addımlarla irəliləyir.
Prezident İlham Əliyevin dünya ölkələri qarşısında çıxışı zamanı toxunduğu məsələlər bizim gələcək strateji planlarımızdan xəbər verməklə yanaşı, enerji təhlükəsizliyi sahəsində oynadığımız rolun da əhəmiyyətindən xəbər verir. Ancaq COP29-a ev sahibliyi edəcəyimiz bilindiyi gündən bu yana Azərbaycana qarşı olan qərəzli yanaşmalar bir daha bizi məyus edir. Azərbaycan bu gün haqq yolundadır. Biz dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyulacaq gücdəyik. Bu gün dünyanın əksər nüfuzlu təşkilatlarına üzvlüklə yanaşı rəhbərlik də edə bilirik. Nüfuzlu tədbirlərə ev sahibliyi edirik. 80 minə yaxın qonağın hazırda ölkəmizdə olması da dünyanın bizə olan hörmət və ehtiramının nəticəsidir. Bizə qarşı aparılan qara piar isə heç bir formada təsir edə bilməz. Çünki ölkəmizin qətiyyətli liderinin atdığı addımlar göstərir ki, biz doğru yoldayıq".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd etdi ki, Azərbaycan Prezidenti tədbirin açılış mərasimindəki çıxışında COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi: “Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Bəli, bu gün dünya Bakıda toplaşıb. Prezident İlham Əliyev dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı. Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir”.
Ç.Qənizadə Fransanın bu nüfuzlu tədbirə qatılmamasının əsas səbəbini ermənipərəst mövqedə olması ilə əlaqələndirib və bildirib ki, yaxın illərdə İqlim dəyişikliklərinə qarşı Paris Sazişi qəbul edilən zaman ölkənin dövlət rəsmiləri bu sənədi “tarixi dönüş nöqtəsi” adlandırmışdılar: “Bəs indi nə baş verdi? "Tarixi dönüş nöqtəsi" nə tez yaddan çıxdı? Belə əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən indiyə kimi bu konfransın boykot edilməsinə çağıranlar əslində özlərinin iç üzlərini ortaya qoyurlar. Hətta konfransda iştirak edən qabaqcadan təlimatlandırılmış bəzi media nümayəndələri də çirkin mövqelərini gizlədə bilmirlər. Ancaq onlar aldıqları tutarlı cavablardan sonra pat vəziyyətinə düşürlər. “İqlim boykotçuları” özləri özlərini boykot edirlər".
Cavanşir ABBASLI
Dünyaya səs salan COP29 - yeni uğur HEKAYƏSİ
15
noyabr
12:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Azərbaycana qarşı qurulan COP29 planları İFLASA UĞRADI - Diqqət BAKIDADIR
Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...
Ermənilər Bakıya niyə gəlmədilər - Azərbaycandan ŞƏRHLƏR
Azərbaycanın daha bir beynəlxalq UĞURU – davam edən COP29
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- COP29 gündəliyi - 21.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- Türkiyədə polislərə SİLAHLI HÜCUM – YARALILAR VAR
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Əvvəlcə Putin, sonra Mirzoyan: İrəvana gözlənilməz səfərin DETALLARI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- "Xocalı" ad gününü QEYD ETDİ
- Ermənistanla münasibətlərimiz Azərbaycandan asılıdır - URALOĞLU
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- COP29 gündəliyi - 21.11.2024
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?