Bu gündən etibarən 10 gün müddətində Bakıda qlobal COP29 konfransı keçiriləcək.
Kainat.tv-nin əməkdaşı gündəlik olaraq COP29 konfransının gedişatı barədə məlumat verəcək.
Qeyd edək ki, akkreditasiyadan keçmiş bütün şəxslər üçün ictimai nəqliyyat pulsuzdur. Belə ki, akkreditasiyadan keçən hər kəs metro, avtobus və dəmiryol nəqliyyatından noyabr ayının 24-nə kimi pulsuz istifadə edəcək. Bundan əlavə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna getmək olar.
Bakı Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb ki, həmin zolaqdan istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. //Musavat.com