Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə xalqa ünvanlandığı müraciətində qeyd edib ki, Ermənistan silahlandırılır və yeni müharibəyə hazırlaşır. Ölkə başçısı deyib: “Biz hər an yeni təxribata hazır olmalıyıq”.
Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarının getdiyi bir zamanda bu açıqlama diqqət çəkir. Ekspertlər isə iddia edir ki, Ermənistanın son zamanlar silahlanması regionda eskalasiya riskini artırır.
Prezident çıxışı zamanı həm də qeyd edib ki, “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların məğlubiyyətidir”.
Regionda yeni eskalasiya riski var? Əliyev “Biz hər an yeni təxribata hazır olmalıyıq” deyərkən nəyi nəzərdə tutur? Prezidentin “məğlub oldu” dediyi qüvvələr kimlərdir?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidentinin əsas mesajı Ermənistan hakimiyyətinə və bu ölkəyə silah, uzaqmənzilli raketlər verən ölkələrədir:
“Məsələ ondadır ki, vəziyyət belə davam edərsə gərginlik gec-tez artacaq. Azərbaycan hələlik sadəcə xəbərdarlıq edir. Amma bu xəbərdarlıqlar həmişə sözlü olmayacaq. Rəsmi Bakı vəziyyətin ciddiliyindən asılı olaraq daha effektiv cavab verə bilər.
Ermənistana uzaqmənzili silahlar verən əsas ölkələr Fransa, Hindistan, Rusiyadır. Xüsusilə qeyd edim ki, Fransa və Hindistandan fərqli olaraq Rusiya Ermənistanla sanki gərginlik içərisindəymiş kimi bir təəssürat bağışlayır. Reallıq isə tam fərqlidir. Moskva İrəvana hələ də hərbi yardım edir və bu, regionda gərginliyi artırır.
Elxan Şahinoğlu
Əslində Rusiya hakimiyyətinin Paşinyan hakimiyyətindən narazılığı yoxdur. Bunu iki ölkə arasında illik ticarət dövriyyəsinin hazırkı vəziyyəti də sübut edir. İrəvan faktiki olaraq Rusiyanın Qərbin sanksiyalarını yarmasına kömək edir. İki ölkə arasında gərginliyin olduğu deyilən dövrə baxsaq ticarət dövriyyəsinin məhz bu illərdə artdığını görə bilərik. Digər tərəfdən, Paşinyan KTMT-ni tənqid etsə də təşkilatdan çıxmır. Ermənistan bu gün xarici havadarları tərəfindən ağır silahlar ilə təchiz edilir. Bu da gərginlik risklərini artırır Bakı da məhz buna görə İrəvanı xəbərdar edir”.
E.Şahinoğlu deyib ki, Prezident Ermənistanın arxasında dayanan ölkələrin konkret adını çəkməsə də bunun ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələri olduğu bəllidir:
“Bu ölkələrin kim olduğu hər kəsə bəllidir. ABŞ-da prezident seçkiləri yeni keçirilib və iki ölkə münasibətlərində normallaşma olması gözlənilir. Rusiya isə Azərbaycanın müttəfiqidir. Yəni buna görə hesab edirəm konkret ad çəkilmir. Lakin Əliyev həm də qeyd edir ki, bu vəziyyət belə davam edə bilməz. Yəni Ermənistanın silahlanması Bakının maraqlarına uyğun deyil.
Bütün bunlara baxmayaraq hesab edirəm Qarabağ məsələsi artıq arxada qaldı. Xarici dairələr bu məsələni hər nə qədər yenidən canlandırmaq, gündəmə gətirmək istəsə də bunlar əbəsdir”.
Əliyevdən XƏBƏRDARLIQ: “Müharibə istəyən, onu alacaq” ismarışı kimlərə ünvanlanıb?
10
noyabr
17:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilir – VİDEO
Simonyandan Qarabağ ETİRAFI - Bakının “ƏLİ” GÜCLƏNİR, beynəlxalq məhkəmədə isə...
Qərbin Belarus planı - Lukaşenko ölkəsini qoruya biləcəkmi
- Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Bakı COP tədbiri tarixə düşəcək - PREZİDENT
- Putin müharibəni BU TARİXƏDƏK davam etdirəcək
- Rəsmi Bakı kimləri MƏYUS ETDİ – COP29 uğurundan KOR QALANLAR
- İrəvan Bakının tələbini YERİNƏ YETİRİR: Ermənistanda əsgərlik müddəti buna görə AZALDILIR?
- Leyla Əliyeva Xızıda - FOTO
- Ukrayna bu raketlə Rusiyaya ŞOK ZƏRBƏ vura bilər - SENSASİON DETALLAR açıqlandı
- Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı QAPINI KƏSDİRİR
- Fransa ordusu Ukraynaya GİRƏCƏKMİ: xarici işlər naziri: "İSTİSNA DEYİL..."
- Dünya Azərbaycanın uğuruna bir daha ŞAHİDİ OLDU - COP29-un YEKUNLARI
- Ermənistana silah DAŞINIR: MN narahatdır, çağırış etdi – TƏCİLİ
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Bakı COP tədbiri tarixə düşəcək - PREZİDENT
- Putin müharibəni BU TARİXƏDƏK davam etdirəcək
- Rəsmi Bakı kimləri MƏYUS ETDİ – COP29 uğurundan KOR QALANLAR
- İrəvan Bakının tələbini YERİNƏ YETİRİR: Ermənistanda əsgərlik müddəti buna görə AZALDILIR?
- Leyla Əliyeva Xızıda - FOTO
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL