Elxan Şahinoğlu: “Belarusda hakimiyyət dəyişikliyinə nail olsalar, bu, Qərbin uğuru, Rusiyanın isə məğlubiyyəti olacaq”

Qərbin uzun müddətdir inqilab ssenarisi hazırladığı ölkələrdən biri də Belarusdur. Ukrayna-Rusiya müharibəsi fonunda Lukaşenkoya xeyli təzyiq və təhdidlər edildi, lakin “Batka” bunları dəf edə bildi.

İndi isə Qərb və Avropa Belarusda gələn ilin əvvəlində keçiriləcək prezident seçkisinə “hazırlaşır”.

Qeyd edək ki, Belarusun Mərkəzi Seçki Komissiyası gələn ilin yanvarında keçiriləcək prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun namizəd kimi irəli sürülməsinin dəstəklənməsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydə alınması barədə qərar qəbul edib.

Lukaşenkonun namizədliyinin müdafiəsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər oktyabrın 26-da Mərkəzi Seçki Komissiyasına daxil olub.

Belarusda prezident seçkisi 2025-ci il yanvarın 26-da keçiriləcək. Prezidentliyə namizəd kimi irəli sürülmək istəyənlər 2024-cü il noyabrın 1-dən gec olmayaraq onların irəli sürülməsi üçün təşəbbüs qrupunun qeydə alınması üçün zəruri olan sənədləri MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması noyabrın 7-dən dekabrın 6-sı daxil olmaqla, davam edəcək. Prezidentliyə namizəd olmaq istəyən ən az 100 min vətəndaşın imzasını almalıdır.

Nəzərə çatdıraq ki, Lukaşenkonun ölkə daxilində ciddi alternativi yoxdur. Buna rəğmən ölkədə qarışıqlıq salmaq ssenariləri də aktivləşdiriləcək. Bəs Lukaşenko bu dəfə də əlinə silah alıb ölkəsini qanlı hadisələrdən qoruya biləcəkmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib. Politoloq qeyd edib ki, Aleksandr Lukaşenkonun bu seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı hələ ki, kəskin qərar yoxdur: Çünki özü də bir neçə dəfə eyham vurub ki, yerinə başqasını da hazırlaya bilər. Yaşı da kifayət qədər çoxdur. Lakin özü də namizədliyini irəli sürə bilər.

Ötən seçkilərdə ciddi qarşıdurmalar, küçə mitinqləri, yürüşlər oldu, lakin Lukaşenko öz hakimiyyətini qoruya bildi. Ola bilsin ki, bu dəfə də Qərbin müəyyən dairələri Lukaşenkonu hakimiyyətdən yıxmaq üçün müəyyən təşəbbüslərlə çıxış etsinlər. Lakin məsələ burasındadır ki, Belarusda hazırda müxalifətin manevr  imkanları daralıb, bir çox nümayəndələri həbsdədir, digər liderləri bir sıra Qərb ölkələrində, o cümlədən Polşada qərar tutublar və onların geri qayıtması mümkün deyil. Ona görə də müxalifətin vahid namizədlə çıxış edəcəyinin özü də sual altındadır.

Lakin bütün hallarda Qərbin beyin mərkəzləri Lukanşenkonu hakimiyyətdən yıxmaq üçün müəyyən ssenarilər hazırlaya bilərlər. Çünki Belarusda hakimiyyət dəyişikliyi Qərb üçün vacibdir. Belarus Rusiyanın ən yaxın strateji müttəfiqidir, Ukraynaya qarşı müharibədə Rusiya Belarusun imkanlarından da istifadə edib. Yəni əgər Qərb Belarusda hakimiyyət dəyişikliyinə nail olsa, özünə yaxın simanı hakimiyyətə gətirə bilsə, bu, Qərbin uğuru, Rusiyanın isə məğlubiyyəti demək olacaq. Ona görə də bu mübarizədə Rusiya da aktiv olacaq və əlindən gələni edəcək ki, Lukaşenko və yaxud onun varisi hakimiyyət uğrunda mübarizədə müxalifətə məğlub olmasın". //Yeni Müsavat