Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytında tanınmış sənətkarların adlarının ingilis dilində təqdimatında diqqətçəkən səhvlər aşkar edilib.
Məsələn, Firəngiz Mütəllimovanın adı “Pharoah Mullimova”, Əliqismət Lalayevin isə “Elizabeth Lalayev” kimi göstərilib. Bu cür yanlış tərcümələr sosial şəbəkələrdə tənqid və zarafat obyektinə çevrilib.
Azərbaycan adları başqa dillərə tərcümə oluna bilərmi? Bu praktikada nə qədər doğru hesab olunur?
Globalinfo.az-a danışan alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə adlar olduğu kimi yazılmalıdır:
“Ancaq vətəndaşlara xarici pasportlar verildikdə transliterasiya formaları hazırlanır və həmin formalar sayt üzərində yerləşdirilir. Hər bir adın oradakı transliterasiya forması mövcuddur və pasportlarda məhz həmin qaydalara uyğun təqdim edilir. Məsələn, Firəngiz, Nərgiz və sair adlar da belə yazılır. Biz ora müdaxilə edib xırdalamamalıyıq”.
Sayalı Sadıqova deyib ki, Azərbaycan dilində texnologiya komissiyasında izahlı lüğət şəklində 12 minə qədər ad var:
“Hər bir adın ingilis dili mütəxəssisləri tərəfindən hazırlanmış transliterasiya qaydaları mövcuddur və vətəndaşlara xarici pasport verildikdə məhz həmin qaydalara əsasən təqdim olunur. Yəni, Firəngiz və Nərgiz adlarının necə yazılması artıq müəyyənləşdirilib və vahid qaydada formalaşıb”.
Dilçi alim Nadir Məmmədli deyib ki, universitetin rəsmi səhifəsində texniki yanlışlıq olub:
“Konkret onu deyə bilərəm ki, insan, kitab və nəşriyyat adı tərcümə olunmur. Transliterasiya oluna bilər, amma tərcümə qəti olunmaz”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə bildirilib ki, xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə ona süni intellekt əsaslı “DeepL Translate” modulu inteqrasiya edilib:
“Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun – xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir. Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb. Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik”.
Kainat.tv
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
01
avqust
13:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytında tanınmış sənətçilərin adları yanlış yazılıb / FOTO
AMEA-da korrupsiya - Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR
Əlyazmalar İnstitutunda Gülbəniz Babaxanlının direktor Teymur Kərimlinin üzərində olan ƏLİ - YOXSA.../ŞOK FAKTLAR
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ