Şikayətim Azercell mobil operatorundandır.
"Bildiyiniz kimi elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə Azercell daha da irəli gedərək 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək, yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və Azercell abunəçinin balansından 2 AZN siləcək, bu isə oğurluqdur. Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı varki abunəçinin balansından vəsait silsin, daha doğrusu oğurluq etsin və ya abunəçiyə zorla hər hansısa paket versin? Bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin Fevral və May ayından var, onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir, Azercell-də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir, balansdan sadəcə 2 AZN silinir.
Özü də abunəçi balansını kredit vasitəsi ilə və ya Paycell vasitəsi ilə yəni digər nömrədən balansa vəsait yükləsə belə bu aylıq sərfiyyat limiti kimi hesablanılmır, yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün, yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı, balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə, yəni 3 aya endiriləcək. Halbuki, bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur bu yalnız Azərbaycanda var.
Xatırladım ki, Azercell bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış, bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. Azercell isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə, daha da azalıb.
Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi isə sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib Abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz.
Bundan başqa Azercell 2023-cü ilin maliyyə hesabatını da hələ də açıqlamayıb. Artıq 8 gün sonra 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də həmin vaxt: "Təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq" kimi şablon şəkildə SMS göndərərək qeydiyyatı bağladılar. Həmin vaxt call center-dən xanım operator: "Yəqinki, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq ona görə qeydiyyatı bağlayıblar" şəkilində cavab verdi. Daha bir neçə ay gözlədikdən sonra noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə, operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib - dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 Noyabr tarixində baş ofislə əlaqə saxladım, müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir.
Keçən ildə eyni hal baş vermişd,i yəni maliyyə hesabatı May ayında açıqlanmışdır, onda ancaq müraciətimə Vəfa adlı xanım zəng edərək: "İlkin bəy narahat olmayın, hesablanma gedir, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq" - deyə cavab vermişdi. Maliyyə hesabatını gizlətməyin bir səbəbi var.
Bildiyiniz kimi, 2018-ci ildən Azercell dövlət şirkətidir və TeliaSonera 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra Azercell 2018-ci ilədək 3 il zərərlə çalışdı və Rabitə Nazirliyi məcbur olub Azercell-in 51%-lik payını TeliaSonera-dan 222,5 milyon dollara almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, Azercell gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər Azercell-in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür Azercell-dən narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər.
Əslində, mobil rabitə sahəsində, ümumiyyətlə İKT sektorundakı bərbad xidmətin və qiymətlərin durmadan artmasının, oğurluq hallarının əsas səbəbi inhisarçılıq və monopoliyadır. Yəni, bütün dünyada fəliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. şirkətlərin bazara girməsinə imkan verilmir. Dövlət qurumları da illərdir mobil operatorların oğurluğunu görməzdən gəlirlər. Yəni dünyanın heç bir ölkəsində mobil operatorlar heç bir səbəb olmadan qiymətləri durmadan bahalaşdıra və absurd qərarlarla abunəçidən oğurluq edə bilməzlər."
İlkin Məmmədkərimov
Şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Azercelldən şikayətlər SƏNGİMİR, əksinə, daha da artır - İDDİA
24
dekabr
03:22
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? - AÇIQLAMA
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ