"Sabah" futbol klubunun Avropa Liqasının I təsnifat mərhələsində "Çelye"yə (Sloveniya) qarşı keçirəcəyi oyunu yayımlayacaq telekanal məlum olub.
Kainat.tv xəbər verir ki, sabah saat 20:00-da start götürəcək görüş İctimai TV-də canlı yayımlanacaq.
Komandalar arasındakı cavab görüşü iyulun 17-si Sloveniyada olacaq.