“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

Kainat.tv Musavat.com-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub.

Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.