Türkiyədə iqtisadi böhran olduğundan, bura çalışmağa gələn naxçıvanlıların bəzisinə maaş əvəzi geyim əşyaları verilir. Sədərək gömrüyü isə, bu vəziyyətdən istifadə edib, rüsum adı ilə onlardan yüksək məbləğdə pul tələb edir.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup yerli sakin məlumat verib.
Onlar bildirirlər ki, risumu ödəmək istəsələr belə, gətirdikləri geyim əşyalarını əllərindən alıb, anbara vururlar. Bu malı çıxarmaq üçün isə, onları günlərlə get-gələ salırlar. Anbarda qalan malların hər günü üçün əlavə rüsum tələb olunduğundan, sakinlər çox vaxt gətirdiklərindən imtina etməli olurlar.
Beləliklə, onlar Türkiyədə aylarla işləyib qazandıqlarını Sədərək gömrüyündə qoyub, çıxmalı olurlar.
Ordubad rayon sakini Elsevər Quliyev deyir ki, dəyəri 500 manat olan geyimləri çıxarmaq üçün ondan 700 manat tələb ediblər:
“Türkiyədə işlədiyim yerdə pul problemi olduğuna görə, maaşımın bir hissəsinin yerinə 500 manatlıq geyim əşyaşı vermişdilər. Gömrükdə buraxmadılar. Dedim ki, rüsumu nədir deyin ödəyim. Mən Ordubada gedirəm. Bir həftə sonra geri qayıtmalıyam. Dedilər ki, olmaz. Bizim işimiz anbar vurmaqdır, sonra gedib şəhər gömrüyündən götürərsən. Bir gün sonra malı götürmək üçün getdim. Dəyəri 500 manat olan mal üçün 700 manat rüsum istədilər. Etiraz etdim, ki, qanunla maksimum 33 faiz tələb edərlər. Bunfan sonra ggah müqavilə, gah qəbz istədilər, gah da laboratoriyadan kağız tələb etdilər ki, birdən mallarda xəstəlik olar. 3-4 gün boşuna gedib, gəldim, 80 manat da bu günlərə yazdılar. Məcbur qalıb, gətirdiklərimdən imtina etdim.”
Sərxan Orucov isə, gəzmək üçün getdiyi Türkiyədən aldığı geyimlər üçün dəyərindən artıq rüsum ödədiyini deyir:
“Türkiyədə xoşuma gələn geyim əşyaları oldu, ailəm üçün aldım. Cəmisi 300 manatlıq mal idi. Gömrükdə saxladılar. Dedim rüsumunu ödəyim aparım. Dedilər bizlik deyil, Bizim işimiz anbara vurub, sənədləşdirməkdir. Şəhər gömrüyündən götürərsən. Bir gün sonra getdim 400 manat pul istədilər. Dedilər ki, karqoya vurardın. Karqo da özlərinindir. Malın kilosunu 7 ABŞ dollarına gətirirlər. İstədikləri pulu verdim və malımı götürdüm.”
Sakinlər bildirirlər ki, əvvəllər gömrükdə dəyəri min manata qədər olan geyim və məişət əşyasına problem yox imiş. Bir müddət əvvəl bu məbləği 600 manata endirilib, indi isə ümumiyyətlə imkan verilmir.
Kainat.tv
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
30
iyun
13:59
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ