Pekin ABŞ-ın bütün idxal məhsullarına 34% rüsum tətbiq etdiyini açıqlayıb.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu qərarı Çin Xalq Respublikasının Dövlət Şurası qəbul edib.

Dövlət Şurasının Tarif Komissiyası bu addımı ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq atdığını bildirib.

Pekin ABŞ administrasiyasının hərəkətlərinin beynəlxalq ticarət qaydalarına uyğun olmadığını vurğulayıb. Onların “Çinin qanuni hüquq və maraqlarını” ciddi şəkildə pozduğu qeyd olunur.