Kainat.tv xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, yeni qaydalar gələn ilin yanvarın 2-də qüvvəyə minəcək və xəzinədarlığın yeni yaradılmış Qlobal Əməliyyatlar İdarəsi tərəfindən nəzarət ediləcək:
“Yeni qaydalar Çinin ABŞ-ın yeni texnologiyalarına yiyələnməsinə mane olacaq. Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun yeni qaydalarını “anti-qloballaşma ilə məşğul olmaq cəhdi” adlandırıb. Pekin bu qaydalara qarşı Çinin maraqlarını qorumaq hüququnu özündə saxladığını açıqlayıb.
Çinə daha bir zərbə Avropa İttifaqından gəlib. Brüssel Pekinlə danışıqlarım nəticəsini gözləmədən Çin istehsalı olan elektrik avtomobillərinə rüsumlar tətbiq edib. Avropa Komissiyasının qərarına görə, Çin istehsalı olan elektrikli avtomobillərə 45 faizlik yüksək tarif tətbiq olunacaq.
Təhlildə vurğulanır ki, Pekin Vaşinqtonun yeni qaydalarını cavabsız qoymadığı kimi Brüsselə də xəbərdarlıq mesajı göndərib: “Pekin Çinin avtomobil istehsalçılarına Avropa ölkələrində böyükhəcmli investisiyaları dayandırmağı məsləhət görüb. Bu qərar Avropa İttifaqı ilə Çin arasında iqtisadi gərginliyi daha da artıracaq”. //Teleqraf.com