Kainat.tv xəbər verir ki, bu barədə “Avions Légendaires” (AL) yazır.
Fransa nəşri bildirir ki, Ermənistan Rusiyanın aviasiya sənayesini təmsil edən müəssisələrin xidmətlərindən imtina etmək qərarına gəlib. Ermənistan Müdafiə Nazirliyi bir neçə gün öncə yerli istehsal Su-30MKI təyyarələri və onları müşayiət edən silah dəstlərinin alınması üçün Hindistan istehsalçısı HAL konserni ilə danışıqlara başladığını açıqlayıb. Mənbə qeyd edir ki, bu yolla Ermənistan Rusiyadan 5 ildir ala bilmədiyi Su-30SM-lərdən imtina etmək niyyətindədir.
AL vurğulayır ki, Hindistan ilk dəfədir öz istehsalı olan Su-30MKI-ni ixrac etmək qərarına gəlib. Maraqlıdır ki, Ermənistan Su-30-ların pulunun 70 faizini Rusiya tərəfinə ödəyib. Amma Rusiya hələ də verməli olduğu 8 qırıcını təqdim etməyib. Fransa nəşrinə görə, Ermənistan buna görə Rusiya şirkətinin xidmətlərindən imtina etmək niyyətindədir.
Ermənistan əlavə edilmiş silah dəstləri ilə birlikdə 8-12 Su-30MKI-yə sahib olmaq niyyətindədir.
Uzun müddətdir silah bazarında müştərilərini gözləyən Hindistanın alveri o qədər də yaxşı getmir. Ermənistan bazarda Hindistan silahlarının ilk müştərilərindən hesab olunur. Görünən budur ki, Dehli müştəri tapdığı üçün döyüş meydanlarında adından söz açılmayan Su-30MKI-ləri də satmaq qərarına gəlib. //Teleqraf.com