Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotikləri qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
