Bakıda film kimi cinayət hadisəsi baş verib.
Polisdən qaçan şəxs əvvəlcə Post Patrul Xidmətinin (PPX) maşınını əzib. Bir müddət binalardan birinin zirzəmisində gizləndikdən sonra evinə gedib. Onu axtaran polis əməkdaşlarından xilas olmaq üçün özünə bıçaq zərbələri endirib. Narkotik satışına və qanunsuz silah saxlamağa görə həbs edilən həmin şəxs bəraət alaraq azadlığa çıxıb.
Musavat.com xəbər verir ki, söhbət 30 yaşlı Elnur Məmmədovun cinayət işinin təfərrüatından gedir.
Elnur Məmmədov 2022-ci ildə narkotik istifadəsinə görə həbs edilib. 2 il həbsxana həyatı yaşadıqdan sonra azadlığa çıxıb. Film kimi hadisə də bundan bir həftə sonra yaşanıb.
O, 2024-cü ilin aprel ayında külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham edilərək həbs edilib. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları onun evinə baxış zamanı 2 ədəd soyuq silah hesab edilən bıçaq da aşkar edərək götürüb.
Şüvəlanda anası il birlikdə yaşayan Elnur hadisə günü həyətlərində olan maşınla yola çıxıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Elnur yolda PPX əməkdaşlarının diqqətini çəkib. Ona “saxla” əmri verilsə də, qaçmağa çalışıb. Bu zaman PPX avtomobilini əzib. Sonra maşını yolda saxlayaraq yaxınlıqdakı binalardan birinə girərək bir müddət gizlənib. Ətrafda sakitçilik olduğunu görəndən sonra isə evinə gedib.
Hadisənin səhəri gün polis əməkdaşları onun evinə gəlib. Lakin Elnur qapını açmayaraq müqavimət göstərib. Polis əməkdaşlarına özünə xəsarət yetirəcəyini deyib. Belə də edib. Evdən götürdüyü bıçaqla özünə zərbə endirib. Sonra polis əməkdaşları evi tərk edib.
Bir gün sonra polis əməkdaşları yenidən onun evinə gələrək qapını açmasını istəyib. Bu zaman polis əməkdaşları ona evdə axtarış aparmalarına icazə verən məhkəmə qərarını da göstəriblər. Lakin Elnur yenə də razılaşmayıb və qapını açmayıb. Bu dəfə də özünə bıçaqla xəsarət yetirib. Polis əməkdaşları Elnurun çox qan itirdiyini görərək əraziyə təcili tibbi yardım çağırıblar. Bu zaman polis əməkdaşları plan quraraq içəri daxil olmağı qərarlaşdırıblar. Belə ki, evə daxil olan həkimlərdən birinin əvəzinə ağ xalatlı polis əməkdaşı keçib. O, evə daxil olan zaman Elnura müdaxilə edərək zərərsizləşdirməyə çalışıb. Elnur yenə də polis əməkdaşının əlindən qaçaraq özünə xəsarət yetirib. İçəridə vəziyyətin gərginləşdiyini görən digər polis əməkdaşları pəncərədən və qapıdan evə daxil olublar. Elnur saxlanılaraq təcili yardımla xəstəxanaya aparılıb.
Onun evinə baxış zamanı 10 qramdan çox metamfetamin və iki ədəd soyuq silah aşkar edilib. Elnurun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi istintaqla müəyyən edilib.
Amma Elnur özünü təqsirli bilməyib. Deyib ki, polis əməkdaşlarından qaçmasının səbəbi qorxması olub. Elnur söyləyib ki, sürücülük vəsiqəsi olmayıb və düşünüb ki, yol polisi onu saxlasa ən pis halda cərimə yazar. Amma PPX əməkdaşlarının onu saxlamaq istəməsindən qorxub və həbs ediləcəyini düşünərək qaçıb.
Narkotik vasitədən əvvəllər istifadə etdiyini etiraf edən Elnur bu ittihamla özünü təqsirli bilməyib. Deyib ki, narkotik satmaq kimi bir niyyəti olmayıb.
Elnurun ifadəsində maraqlı bir məqam da ortaya çıxıb. Belə ki, onun atası Bakıda prokuror müavini vəzifəsində çalışıbmış. Evindən tapılan bıçaqlar da atasına məxsus olub.
Elnur evlərində olan bıçaqların hansı məqsədlə saxlanıldığını belə izah edib: “Atamın düşmənləri çox idi. Buna görə də evdə silah saxlayırdı”.
Məhkəmə şahid ifadələrini, sübutları qiymətləndirərək belə qənaətə gəlib ki, Elnur Məmmədov günahsızdır. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxılıb.
Bakıda film kimi hadisə - sabiq prokuror müavininin oğlu polisdən qaçdı, özünü bıçaqladı və... TƏFƏRRÜAT
28
yanvar
15:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
Moskvada "Hacı Məmmədov"un dəstəsi tutuldu - dəstədə Mərdəkan bələdiyyə müavininin qardaşı da var
“BAKU STEEL COMPANY”nin milyonlarla pulunu kimlər ƏLƏ KEÇİRİB? - Qalmaqallı məhkəmə BAŞLADI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ