Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Oktyabrın 29-da daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, ötən gün Azərbaycanla Ermənistan arasında şərti sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Onların Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna edilmir.
Fransanın bu addımı nədən xəbər verir? Gələcəkdə bizi hansı təhlükələr gözləyir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Fransa artıq proseslərin arxasında olduğunu açıq göstərmək istəyir:
"Fəaliyyəti Azərbaycanla razılaşdırılmayan, razılığımız olmadan şərti Azərbaycan-Ermənistan sərhədində müşahidə missiyası adı altında yerləşdirilmiş Avropa İttifaqına məxsus bu qrup çox təəssüflər olsun ki, öz mandatına uyğun olmayan işlərlə məşğuldur. Bu missiya faktiki olaraq Ermənistanın mövqelərini gücləndirmək və gələcəkdə Ermənistanın yenidən təxribatlar törətməsi üçün zəmin yaratmağa xidmət edir. Heç kəsə sirr deyil ki, müşahidə missiyası adı altında buraya gətirilən şəxslər keçmiş kəşfiyyatçı və hərbçilərdir. Onlar şərti sərhəddə mütəmadi müşahidələr aparırlar və Azərbyacan tərəfini nəzarətdə saxlayırlar. Dağıdılmış və məhv olunmuş Ermənistan ordusunun yenidən formalaşdırılması və gücləndirilməsi, zərurət yaranacağı halda şərti sərhəddə təxribatlar yaratmaq üçün ona lazımi təlimatlar keçirlər. Bütün bu proseslərdə Fransadan olan keçmiş həbçilər və kəşfiyyatçılar iştirak edirlər. Baş verənlərə Fransa səfirliyinin tam nəzarət etdiyi heç kimə sirr deyil. Növbəti müşahidə zamanı artıq Fransa bayraqları ilə avtomobillərin görünməsi Fransanın fəaliyyətini gizlətmədiyindən, bütün prosesləri idarə edən olduğunu göstərmək istəyindən xəbər verir".
N.Həmzəyev vurğulayıb ki, missiyanın fəaliyyətinin dayandırılmasına ehtiyac var:
"İlk gündən olduğu kimi bu gün də missiyanın fəaliyyətini qəbul etmirik. Çünki bu missiyanın fəaliyyətinə ehtiyac yoxdur. Amma görünür ki, Ermənistan Avropa İttifaqından və Qərbdəki havadarlarından daha çox vəsait ala bilmək və öz ordusunu onların dəstəyi ilə yenidən qurmaq, gücləndirmək üçün missiyanı bura gətirib. Onların fərqli planları da vardı. Həmin planların hər birini Azərbaycan alt-üst etdi. Bu gün də onlar yeni oyun arxasınca qaçırlar. Azərbaycanı təxribata çəkmək istəyirlər. Hətta Ermənistan ordusunu silahlandırmaq, ona uzaqmənzilli raketlər peşkəş çəkərək Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, çox kövrək olan Ermənistan-Azərbaycan münasibətlərini sülhə ən yaxın olduğumumz dövrdə zəiflətmək, demək olar ki, pozmaq istəyirlər. Amma istənilən halda onların öz istəklərinə nail olacaqlarına inanmıram. Çünki Azərbaycan yeni reallıq yaradıb.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu elə gücə malikdir ki, nəinki Ermənistan, ümumiyyətlə, hansısa kənar güclərin cəsarəti çatıb Azərbaycanla güc və təhdid dili ilə danışa bilməz. Bu fəaliyyətlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan növbəti təxribatların da qarşısını məharətlə alacaq. İnşallah Ermənisan da haqq yoluna gələcək və Azərbaycanın irəli sürdüyü sülh şərtləri əsasında sülh müqaviləsinin imzalanmasına töhfə verəcək".
Fransa AÇIQ OYUNA keçdi: Avropa Missiyasının fəaliyyəti DAYANDIRILMALIDIR
30
oktyabr
21:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə NECƏ GƏLİB? – Komitə sədri AÇIQLADI
Fransa öz kəşfiyyatçılarını BU ƏRAZİMİZƏ göndərdi – SENSASİON PLAN ORTADA!
General: "Fransa COP29-un təşkilinə mane olmağa hazırlaşır"
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
- Bakı COP tədbiri tarixə düşəcək - PREZİDENT
- Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Rəsmi Bakı kimləri MƏYUS ETDİ – COP29 uğurundan KOR QALANLAR
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- Leyla Əliyeva Xızıda - FOTO
- Putin müharibəni BU TARİXƏDƏK davam etdirəcək
- İrəvan Bakının tələbini YERİNƏ YETİRİR: Ermənistanda əsgərlik müddəti buna görə AZALDILIR?
- Ukrayna bu raketlə Rusiyaya ŞOK ZƏRBƏ vura bilər - SENSASİON DETALLAR açıqlandı
- Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı QAPINI KƏSDİRİR
- Dünya Azərbaycanın uğuruna bir daha ŞAHİDİ OLDU - COP29-un YEKUNLARI
- Fransa ordusu Ukraynaya GİRƏCƏKMİ: xarici işlər naziri: "İSTİSNA DEYİL..."
- Ermənistana silah DAŞINIR: MN narahatdır, çağırış etdi – TƏCİLİ
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Bakı COP tədbiri tarixə düşəcək - PREZİDENT
- Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- Rəsmi Bakı kimləri MƏYUS ETDİ – COP29 uğurundan KOR QALANLAR
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Leyla Əliyeva Xızıda - FOTO
- Putin müharibəni BU TARİXƏDƏK davam etdirəcək
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ABŞ 4 müttəfiqini HƏDƏLƏDİ: Netanyahunun həbsinə kömək edərlərsə...
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL