Həkimlərin və dərmanların reklamı baş alıb gedir.

Kainat.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib.

O bildirib ki, SSRİ vaxtı bu qadağan idi:

"Rəşad Mahmudovun reklama ehtiyacı var? O özü brenddir. Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özünü reklam etdirir. Düzdür, özəl telekanallar
reklamlardan və arvad davası - boğuşmasından pul qazanır. Ancaq bu qəbuledilməzdir".

Daha sonra Spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb:

"Aqil müəllim, bu nə fikirlərdir? Bu, Parlament sözüdür !?" //Teleqraf.com