Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.

Kainat.tv  APA-ya istinadən xəbər verir ki, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib.

İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.