Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırmır.
Kainat.tv "NEWS.ru"ya istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

"Bu məsələ ilə bağlı heç bir plan yoxdur, çünki ərazimizin 10%-i (Abxaziya və Cənubi Osetiya) Rusiya Federasiyası tərəfindən işğal olunub", - o deyib.

Kobaxidze Gürcüstanın milli maraqları çərçivəsində prezidentin siyasətini həyata keçirdiyini və xarici siyasət oyunçuları ilə "ciddi münasibətlərin" olmadığını vurğulayıb.