İsrail müdafiə naziri Yoav Qalant və Baş Qərargah rəisi Herzi Halevi İrana hücum planını təsdiqləyib.
Kainat.tv xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.Hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqinin gözlənildiyi bildirilib.
Həmçinin kanala danışan rəsmi İsrailin İrana hücum hazırlığını ehtiva edən ABŞ kəşfiyyat sənədlərinin sızmasından sonra Təl-Əvivin hücumu təxirə salmaq məcburiyyətində qalması xəbərinin doğru olmadığını deyib.
Adı açıqlanmayan rəsmi söyləyib ki, İsrail hücum üçün uyğun vaxtı seçəcək.
Tehranın da mümkün gəlişməyə uyğun olaraq, İsrailə cavab hazırlığında olduğu iddia edilir.
İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv İranın bu hücuma cavab verəcəyini açıqlayıb. //Teleqraf.com