Abşeronda arvad ərini öldürüb.

Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki evlərdən birində arvad ərini bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kainat.tv bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.