Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir.

Kainat.tv xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Bu, fakt olaraq qalır ki, haqqında danışdığımız ərazi (Qarabağ) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir”, - spiker bildirib.

Simonyan keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi hakimiyyətin də vaxtilə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, ləğv edilmiş separatçı qurumu “müstəqil dövlət” kimi tanımadığını xatırladıb.//Teleqraf.com