Son illərdə təhsildə islahatlar və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, bəzi təhsil müəssisələrində köhnə korrupsiya ənənələrinin hələ də davam etdiyi müşahidə olunur. Bu hal xüsusilə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəblə bağlı son iddialar fonunda ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
Kainat.tv xəbər verir ki, mənbələrdən əldə edilən məlumatlara görə, sözügedən məktəbdə rüşvət halları və qeyri-qanuni idarəetmə formaları sistematik hala çevrilmişdir. Şagirdlərin və valideynlərin verdiyi ifadələr bu məktəbin artıq təhsil müəssisəsindən çox, şəxsi maraqların mərkəzi kimi fəaliyyət göstərdiyini ortaya qoyur.
Məktəbin "lisey" statusu əldə etmək uğrunda apardığı fəaliyyətlərə nəzər yetirdikdə, burada əsas diqqətin şagirdlərin real biliyinə deyil, statistik göstəricilərə və formal “nailiyyətlərə” yönəldiyi açıq görünür. İddialara görə, olimpiadalarda iştirak edən şagirdlər dərs prosesindən tamamilə kənarlaşdırılır və yalnız xüsusi hazırlıq dərslərinə yönləndirilirlər. Həmin hazırlıqlar üçün valideynlərdən aylıq 300 manat məbləğində ödəniş tələb olunur. Maraqlıdır ki, bu vəsaitin bir hissəsinin məktəb rəhbərliyinə çatdığı bildirilir.
Bu, təkcə təhsil prosesinə müdaxilə deyil, həm də şagirdlərin konstitusion təhsil hüququnun pozulması və açıq-aşkar maddi istismara məruz qalması kimi qiymətləndirilə bilər.
Daha acınacaqlı və narahatedici iddialardan biri də birinci sinfə qəbul prosesində baş verən korrupsiya faktlarıdır. Valideynlərin bildirdiyinə görə, uşaqların müəyyən müəllimlərin sinfinə düşməsi üçün onlardan 1000 manat məbləğində pul tələb olunur. Bu ödənişi etməyən valideynlər isə övladlarının tədris keyfiyyətindən narazı qaldıqları müəllimlərin siniflərinə yerləşdirildiyini iddia edirlər.
Bu cür hallar təhsildə bərabər imkanlar prinsipini pozmaqla yanaşı, ictimai etimadı sarsıdır və cəmiyyətdə sosial ədalətsizliyi dərinləşdirir.
Müəllim heyətinin bir hissəsinin dərslərdə iştirak etmədən, yalnız hazırlıq dərslərindən gəlir əldə etdiyi də mənbələr tərəfindən qeyd olunur. Onların dərs saatları formal şəkildə sənədləşdirilir və məktəb rəhbərliyi bu fəaliyyəti “təhsil uğuru” kimi təqdim etməyə çalışır.
Əgər bu iddialar təsdiqini tapsa, bu, yalnız etik deyil, həm də hüquqi pozuntu hesab edilir. Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunları bu cür halların qarşısını almaq üçün konkret hüquqi çərçivə təqdim edir.
Mövcud qanunvericiliyə əsasən, təhsildə şəffaflığın təmin olunması dövlətin əsas prioritetlərindən biridir. Bu səbəbdən Sumqayıt şəhəri 23 nömrəli məktəbdə baş verən hadisələrin dərhal araşdırılması və məsul şəxslərin qanun qarşısında cavab verməsi cəmiyyətin hüquqi gözləntisidir.
Aidiyyəti qurumlar – o cümlədən Təhsil Nazirliyi, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Ombudsman Aparatı – bu cür hallara qarşı sərt mövqe nümayiş etdirməli, şagirdlərin və valideynlərin hüquqlarını qorumalıdır.
Nəticə əvəzi: Təhsil ticarət predmeti deyil. Şagirdlərin gələcəyini şəxsi maraqlara qurban vermək, təhsil prosesini maddi qazanc mənbəyinə çevirmək həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Təhsil sistemi şəffaflıq, bərabərlik və ədalət prinsipləri üzərində qurulmalıdır. Sumqayıtdakı bu məktəbdə baş verənlər isə bütün cəmiyyət üçün bir siqnal olmalıdır – təhsili qorumaq, gələcəyi qorumaq deməkdir.
İddialarla bağlı qarşı tərəfin münasibətin öyrənməyə hazırıq. //Bakunews.az
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
06
iyun
23:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Məktəbi gəlir mənbəyinə çevirib illik 300 min qazanan direktorla bağlı/ŞOK FAKTLAR - VİDEO
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
Bir həftədir məktəblərdə tədris “iflic” olub
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim TRAVMASI”
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ