Vaşinqton-Tehran danışıqlarının altıncı raundunun planlaşdırılması fonunda İran ətrafında hərbi ssenarilərin aktuallaşması diqqət çəkir. Və açıq sual önə çıxır: İsrailin İrana mümkün hücumu Ağ Evin iradəsindən kənar baş verə bilər?
Tehrana hərbi müdaxilə ssenarisində Təl-Əviv və Vaşinqtonun uzlaşmadığı məlumdur. Tramp hücum ssenarisini hazırlayan Netanyahu hökumətini İranla diplomatik həll yolu tapacağı vədi ilə dayandırıb. ABŞ üçün İrana hərbi müdaxilənin çətinlikləri var.
- İranla mümkün müharibənin nəticələrini poqnozlaşdırmaq çətindir;
- Ukrayna müharibəsi bitmədən İranla müharibə ikinci cəbhənin açılması, o cümlədən, Moskva-Tehran-Pekin əməkdaşlığının güclənməsi risklərini yaradır, hətta Avropa da məsafəli şəkildə bu cəbhədə yer ala bilər: ABŞ Rusiya ilə anlaşma olmadan bu ssenarinin tətbiqindən ehtiyatlanır;
- Yaxın Şərqdə İrandan müəyyən “missiyalar” üçün də yararlanır: bura İsrailə qarşı balansın yaradılması (Tramp Administrasiyasının bu balansda İranı Türkiyə ilə əvəzləmək niyyəti müşahidə edilir), eləcə də körfəz ölkələrinin “təhlükəsizlik ehtiyacları”nın daim aktual saxlanılması və ABŞ-ın orbitindən çıxmaması kimi amilləri daxil etmək olar.
Vaşinqtonda bunun əksini düşünənlər və hərbi ssenarini dəstəkləyənlər olsa da, 5 raundluq danışıqlar “diplomatik həll” variantı üzərində qərar verildiyi deməkdir. Hərçənd, 5 raundluq danışıqlarda heç bir nəticə əldə edilməyib, Xameneinin son açıqlaması da ümidləri azaldır.
Bunun fonunda iki məqam diqqət çəkir.
1. Xameneinin danışıqların dalana dirəndiyi versiyasını gücləndirən açıqlamasına baxmayaraq, bazar günü Maskatda altıncı raundun keçirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayıldı;
2. İsrailin bir neçə gün ərzində İrana hücum edəcəyi haqda informasiyalar bir neçə mənbədən tirajlandı;
Bu, İsrailin Trampın nəticə verməyən “diplomatik həll” variantına qarşı gedişi kimi görünsə də, İrana hücumun Vaşinqton-Təl-Əviv xəttində “ortaq qərar” olması istisna edilməməlidir. Və mümkündür ki, 5 raundluq danışıqlarda nəticə əldə edə bilməyən ABŞ İrana qısamüddətli hücuma icazə verməklə – hədəf hərbi və nüvə obyektləri, eləcə də strateji infrastruktur ola bilər
– Tehranı növbəti raundda razılaşmaya məcbur etməyi düşünür. Trampın son açıqlaması - “İranla razılaşmanın mümkünlüyünə şübhə edirəm, bir neçə ay əvvəlki ümidlərim azalıb. Onlar nüvə silahına sahib olmayacaqlar. Əlbəttə bunu müharibəsiz, qurbanlar olmadan həll etmək daha yaxşı olardı” açıqlaması da xəbərdarlıq, həm də mümkün hücumda “alibi” qazanmaq kimi oxuna bilər. Pentaqonun “İran nüvə silahını yaratmaq istiqamətində aktiv addımlar atır” açıqlaması da bu kontekstdə təsadüfi deyil.
Hadisələr İrana hücum ehtimalını gücləndirir:
- ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə edir: İraqdan təxliyə edildiyi, Küveytdə hazırlığın görüldüyü haqda məlumatlar var;
- “Röyters” İsrailin bir neçə gün ərzində zərbələr endirəcəyini yazır;
- “CBS” ABŞ rəsmilərinin İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu haqda məlumat əldə etdiyini bildirir;
İranı masada razılaşmaya məcbur etmək məqsədilə hərbi zərbələrin endirilməsi istisna deyil.
Asif Nərimanlı
Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
12
iyun
17:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Əliyevdən möhtəşəm HƏMLƏ: Üç lider QƏRAR VERDİ – Bakı mərkəz OLA BİLƏR
"İran 5 noyabra qədər İsraili vuracaq" proqnozu özünü doğruldacaqmı?
Trampla Bayden Rusiyanı “BİTİRMƏK” üçün razılığa gəlib - ŞOK İDDİA
Bölgədə yeni HƏRBİ İTTİFAQ yaranır - Bakının İKİ QONŞUSU...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ