Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatı zamanı bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının (AMTF) prezidenti Araz Musayevə qarşı törədilmiş cinayət işi istintaq davam edir. Mayın 28-də baş vermiş hadisə ilə əlaqədar bir qrup şəxs saxlanılaraq, istintaqa cəlb olunub. Artıq Araz Musayevin bıçaqlanmasından təxminən bir ay vaxt ötür.
AnXeber.az xatırladır ki, hadisə barədə açıqlama yayan idmançı bu cinayətdə Suraxanı rayon icra başçısı Adil Əliyevi ittiham edib. O, hadisənin sifarişçisinin Adil Əliyev olduğunu iddia edib.
Sonra icra başçısından ittihamlara reaksiya gəlib və iddiaları təkzib edib. Maraqlı nüans ondan ibarətdir ki, sonra ortalıqdakı bu səs-küy yatıb, nə A.Musayev danışıb, nə ittihamların davamı gəlib. Bu qəribə susqunluq da sual doğurur. Zərər çəkmiş idmançının danışmaması hansı mətləblərdən xəbər verir?
Əlbəttə, hazırda istintaq davam edir, amma A.Musayevin səsləndirdiyi iddialar əsasında icra başçısının istintaqda sorğu-sual olunub-olunmadığı bəlli deyil. Əslində, hadisə ilə bağlı adı çəkilən bütün tərəflər dindirilir. Bu, adi hüquqi prosedurdur.
O baxımdan, A.Əliyevin də A.Musayevin ittihamları əsasında dindirilməsi istisna edilmir. Çünki söhbət ağır ittihamdan gedir.
A.Musayev iddia edir ki, onun bıçaqlanması əmri icra başçısından gəlib. Axı onu sifarişçi kimi təqdim edir. Ona görə də A.Əliyevin bu işlə nə dərəcədə əlaqəsinin olub-olmadığı öyrənilməlidir. Söhbət dövlət məmurundan gedir, söhbət vəzifəli şəxsin bir idmançıya sui-qəsd etdirdiyi barədə ittiham gedir. Lakin hələ ki, ortalıqda bir sükut var.
Sitat: “Azərbaycan Kikboksinq Federasiyasını (AKF) Adil Əliyev idarə edir. 7-8 ay əvvəl AKF Gənclər və İdman Nazirliyinə məktubla müraciət edərək, AMFT-yə iddiasını ortaya qoymuşdu. Bu məqsədlə məni görüşə çağırmışdılar. Onlar mənə belə bir istəyin olduğunu bildirəndə mən "AMTF ictimai birlikdir, rəhbərliyi 4-5 ildə bir dəfə keçirilən seçki yolu ilə müəyyənləşir” formasında etiraz etdim. Adil Əliyevə “siz necə deputat seçilmisinizsə, burada da o formada seçkilər olur", - dedim. O isə deputatlıqla bunu eyniləşdirməməyimi bildirərək “Muay-tay bizim olacaq və bu məsələ də bitəcək" cavabını verdi. Bu söhbət zamanı orada 5-10 nəfər adam var idi. Ondan sonra da belə mübahisələr davam etdi. Falçı deyiləm ki, qabaqcadan məni vuracaqlarına dair məlumat verim. Türkiyəyə yollanmamışdan öncə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarımıza, bir sözlə, hər yerə məlumat vermişdim. Çünki məndə müəyyən məlumatlar var idi. Məni vuranların heç birini tanımıram. O adamları saxlayıblar, içəridədirlər. Adil Əliyevin mənimlə bağlı yazışmaları, səs yazısı, sözatması var. O deyilsə, niyə adı bu olayda çəkilsin ki?! Özü də deyir ki, belə söz-söhbətlərdə niyə adım hallanır?”
A.Musayev əlavə edib ki, bu, mütəşəkkil cinayətdir: “Əks halda, AKF-in vitse-prezidenti Elşən Abdulrəhmanovun, Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyun burada nə işi vardı?”
Bu ittihamlardan sonra Suraxanı İH başçısı Adil Əliyev deyib ki, Bakıda oturub öz işi ilə məşğuldur və bu kimi hadisələrdə indiyə qədər heç zaman adı hallanmayıb, hallana da bilməz: “Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır".
Sitat: "Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır".
Hadisə ilə bağlı adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
AnXeber.az
Kainat.tv
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı... – Nə dəyişdi?
26
iyun
18:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ