Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin son bir neçə aydır qəribə hadisələr baş verir. Mart ayında məlumat yayıldı ki. sözügedən kollecin direktoru Şəhriyar Laçınov döyülüb. Hadisədən sonra döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib: “Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır”, – deyə o bildirib.
Daha sonra kollecin tarix müəllimi Qələndər Muxtarlı sosial şəbəkələrdə müəyyən iddialarla çıxış edib. Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci “cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə” çevirib. Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.
Q. Muxtarlı həmçinin qeyd edib ki, direktorun bu cür məsələlərə deyil, kollecin ərazisində olan maşın təmiri sexlərindən, icarəyə verdiyi kollecin idman zalından, kollecin bufetinin arendasını 1000 manata qaldırmaqdan başı açılmadığı üçün kollecdə belə bir mənzərə yarandı. Necə olur ki, yuxarıda sadaladığım məsələlər həmən həllini tapdı, amma Kollecin əsas vəzifəsi olan məsələlər təhsil, imtahan kimi həyati əhəmiyyətli məsələlər öz həllini tapmadı? Bu qədər kəsir yarandı? Ən maraqlısı da odur ki pedaqoji heyətə bu biabırçılığı uğur kimi təqdim edə biləsən.
Bu məlumatlardan da göründüyü kimi Sosial İqtisadi Kollecin idarəetməsində müəyyən problemlər var. Qeyd edək ki, Kollecin direktoru Şəhriyar Laçınov bu vəzifəyə ötən ilin iyulunda təyin olunub. Yəni, təyinatının heç bir ili tamam olmayıb. “Yüksəliş” müsabiqəsinin finalçısı olub və oradan da Sosial İqtisadi Kollecin direktoru təyin edilib. Qeyd edək ki, “Yüksəliş” çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən müsabiqədir.
Qeyd edək ki, döyülməsindən, kollecdə yaratdığı qeyri-sağlam mühitdən fərqli olaraq Aktualinfo.org-a Şəhriyar Laçınovun dövlət vəsaitini mənimsəməsi ilə bağlı yeni məlumatlar daxil olub.
Məlumatda qeyd edilir ki, UNEC nəzdində Sosial-İqtisadi Kollecinə direktor təyin olunan, hələ direktor kimi fəaliyyətinin bir ili tamam olmayan Şəhriyar Laçınov ilk aylardan büdcə vəsaitlərini müxtəlif yollarla talamağa başlayıb.
Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin “aparıcı ali təhsil müəsissələrinin ikili diplom proqramlarının məzunu kimi xaricdə təhsil almış”, “uğurlu əmək fəaliyyəti ilə diqqəti cəlb edən”, cavan 33 yaşlı direktoru Şəhriyar Laçınov vəzifəyə 2024-cü ildə iyul ayında başlayıb. Artıq avqust ayı üçün özünə maaşdan əlavə mükafat olaraq 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat, digər əməkdaşların adına avqust ayı üçün mükafat kimi yazıb mənimsədiyi pulun ümumi məbləği 4986 manat edib. Sentyabr ayında isə mükafatlandırma adı ilə 1264 manat özünə, 812 sürücüsünə, ümumilikdə 4326 manat yazaraq mənimsəyib. Oktyabr- noyabr aylarında isə bu mükafatlandırmanın məbləği 4326.00, manat təşkil edib. Dekabrdə isə gənc kadr dövlətin 3926.00 manat vəsaitini mükafat adı altında mənimsəyib. Direktor işə başlayandan dekabra qədər mənimsədiyi pulun məbləği olub 21 890 manatdır. Məlumatda həmçinin qeyd edilir ki, əməkdaşların adlarına yazılan pullar qəpiyinə qədər direktorun kartına ödənilib.
İndi gəlin görək qanunla işçilər hansı hallarda mükafatlandırıla bilər. AR Əmək Məcəlləsinin 157.6 maddəsinə əsasən: Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. İşçilərə müəssisə tərəfindən verilən mükafatlar 2 cür ola bilər:
Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar (stimullaşdırıcı xarakter daşıyan)
Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar. Müəssisənin rəhbərliyinin qərarı əsasında birdəfəlik mükafatlar-hədiyyələr (sosial xarakter daşıyan).
Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar.
AR Əmək Məcəlləsinin 157.2-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər.
Belə olduqda, müəssisədə təyin edilən mükafatlandırma sistemi əvvəlcədən müəyyən edilmiş göstəricilər və şərtlər əsasında müəyyən şəxslərə mükafatların verilməsini nəzərdə tutmalıdır.
Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar.
AR Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilə bilər.
Bundan başqa, işəgötürən bayramlarda, işçilərin ad günlərində və s. hallarda işçilərə pul şəklində mükafatlar, və ya qiymətli əşyalar hədiyyə edə bilər. Birdəfəlik mükafatların kimə, hansı məbləğdə və hansı formada verilməsi müəssisə rəhbərinin əmri ilə təsdiq edilir. Əmrdə işçinin müəssisənin işində tövhəsi barədə, işçinin işlədiyi bölmənin nəticələri, müəssisənin nəticələri barədə qeyd edilir. İşçilər əmək müqaviləsində qeyd edilən müəyyən göstəricilər və şərtlər əsasında təyin edilmiş mükafatları işəgötürəndən tələb edə bilərlər. İşəgötürən isə bu mükafatları ödəməyə borludur Əmək müqaviləsində qeyd edilməyən birdəfəlik mükafatlar isə işəgötürənin qərarı əsasında təyin edilir və verilir. Və işçi bu cür mükafatları işəgğtürəndən tələb edə bilməz.
Bundan əlavə Nazirlər Kabinetinin 22 dekabr 2020-ci il tarixli 505 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. Həmin qaydaya əsasən işçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi; qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
Buradan Elm və təhsil naziri Emin Əmrullayevə sual ünvanlayırıq. 2024-cü ilin iyul ayının 5 də Sosial-İqtisadi Kollecinə direktor təyin olunan Şəhriyar Laçınov Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydada tələb edildiyi kimi hansı səmərələşdirici təkliflər verib ki, nə kimi təşəbbüskarlıq göstərib ki, işdə nə kimi yeni forma və metodlar tətbiq edib ki, avqust ayında özünə 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat mükafat yazıb?
Hesab edirik ki, aidiyyatı qurumların, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Hesablama Palatasının UNEC nəzdində Sosial-İqtisadi Kollecin fəaliyini təcili yoxlamaladırlar. Yoxsa, islahatçı nazir Emin Əmrullayevin gənc, “Yüksəliş” müsabiqəsinin finalçısı olan kadrı Sosial-İqtisadi Kollecində daha böyük qanun pozuntularına yol verəcək.
Qeyd edək ki, Emin Əmrullayevin gənc kadrı Şəhriyar Laçınov Sosial-İqtisadi Kollecində döyüləndə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev mediaya baş vermiş hadisə ilə bağlı mediaya açıqlama vermişdi ki, “18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır.”
Buyursun Pərviz Əliyev bir açıqlama da indi versin görək, Sosial-İqtisadi Kollecində direktorun mükafatlandırma adı altında büdcə vəsaitlərini mənimsəməsi nə dərəcədə etik bir prinsip və nə dərəcədə qanunauyğun bir haldır?
Aktualinfo.org
Kainat.tv
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
26
iyun
18:05

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Qalmaqalları bitməyən Sosial-İqtisadi Kolleci: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI