Xəbər verdiyimiz kimi, “Müqəddəs mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan “terror aktı hazırlamaq və hakimiyyəti qəsb etmək” ittihamı ilə məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib.
Kainat.tv “Sputnik Armenia”ya istinadən xəbər verir ki, arxiyepiskop Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Sergey Arutyunyan məlumat verib.
Qeyd edək ki, iki gün əvvəl həmin müəssisəyə Samvel Karapetyan da köçürülüb.