TehsilMedia.az xəbər verir ki, indi 201 saylı məktəbin bir qrup müəllimi Afaq Əliyevanın əməllərindən cana doyduqları üçün Prezident İlham Əliyevə və nazir Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq direktorun işdən azad olunmasını xahiş edirlər. 13 nəfər müəllim elə bir həddə çatıb ki, hətta Afaq Əliyevanın rəhbərliyi altında işləmək istəmədiklərini bildirirlər. Məktəbə gəlməkdən imtina edirlər. Bu fakt öz-özlüyündə müəllimlər ayağa qalxdığının, Afaq Əliyevaya qarşı üsyan etdiyinin, haqq səsini ölkə başçısına çatdırmaq istəyinin bariz nümunəsidir. Qeyd edək ki, Təhsil Haqqında Qanunda kimlərin direktor vəzifəsini icra edə biləcəyi ilə bağlı müddəalar yer alıb. Afaq Əliyeva isə o müddəaların heç birinə cavab vermədiyi halda, hələ də vəzifədə qalır. Görəsən, Emin Əmrullayevin Afaq Əliyevanı vəzifədə saxlamasının səbəbi nədir? Niyə cənab Əmrullayev ölkə qanunlarını tapdalayan bir şəxs barədə qərar verməkdən çəkinir? Bu açıq sualların cavabı yəqin ki, zamanla ictimaiyyətə məlum olacaq.
Bundan başqa Xəzər Rayon Məhkəməsinin qərarına əsasən Afaq Əliyevanın məktəbin direktor müavini Svetlana Hüseynovanı təhqir etdiyi təsdiqlənib. Hətta Appelyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Afaq Əliyevanın təkzib verməsi və konpensasiya ödəməsi ilə bağlı qərar qəbul edib. Lakin Afaq əliyeva məhkəmə qərarlarını da heçə sayaraq, onları icra etmir, heç kimi təhqir etmədiyini vurğulayır. Ortada ekspertiza rəyi ola-ola bu cür açıqlama verən Əliyevanın məntiqi başa düşülən olmasa da, onun kimlərəsə arxalandığı gün kimi ortadadır. Ancaq Afaq Əliyeva unudur ki, ölkə hüquqi qanunlarla idarə olunur və Əliyeva gec-tez öz əməllərinə görə cəzasını alacaq. Çünki onun kimi müəllim adına ləkə gətirən bir şəxsin direktor vəzifəsində qalması gələcəyimizi təhlükə altına qoyan faktlardan biridir.
TehsilMedia.az









Kainat.tv