Ötən ay 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səsi yazısı yayılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edirdi.
Musavat.com xəbər verir ki, bu səs yazısı yayıldıqdan sonra Bakı Şəhər Təhsil İdarəsi açıqlama vermişdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Həmin açıqlamada deyilirdi: "Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
Həmin qalmaqallı hadisədən tam bir ay keçib. Amma araşdırmanın nəticəsi ilə bağlı məlumat yoxdur.
Bakı Şəhər Təhsil İdarəsinə ünvanladığımız növbəti sorğuya cavab olaraq yenə də “araşdırma aparılır” cavabını aldıq...
Direktorun səs yazısı hansı qalmaqaldan sonra yayılmışdı?
Məlumata görə məktəbin kollektivi arasında uzun müddətdir davam edən ədavət var imiş. Məktəbin keçmiş direktor müavini Svetlana Hüseynova ilə məktəbin direktoru arasında uzun müddət problemlər olub. Bunun nəticəsi olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmiş Svetlana Hüseynova işdən çıxarılıb.
Məlumata görə Svetlana Hüseynova işdən çıxarılmadan öncə məktəbdəki özbaşınalıqla bağlı narazılığını bildirib və rəsmi qurumlara bu barədə məlumat verib. Bundan sonra direktorla “düşmən” olub.
Svetlana Hüseynova işdən çıxarılmadan əvvəl pedoqoji şuranın iclası keçirilib. İclasda çıxış edən direktor Afaq Əliyeva çıxışında Svetlana Hüseynovanı nəzərdə tutaraq,- “adam yediyi qaba tüpürməz”, deyib. Ardınca isə o, üzünü kollektivə tutaraq “adam kimdir?” deyə sual ünvanlayıb. Bu zaman zalda olan direktorun digər müavini Elnurə Ramazanova direktoru müdafiə edərək onun sualının cavabına “şərəfsizdir” deyərək reaksiya verib. Pedoqoji şurada vəziyyət gərginləşib və tərəflər bir-birinin ünvanına ağır ifadələr işlədiblər. Elnurə Ramazanova “şərəfsiz” deyərkən Svetlana Hüseynovanı nəzərdə tutub.
Elnurə Ramazanova mübahisə zamanı Svetlana Hüseynovaya “sən valideynlərdən pul almısan, rüşvət almısan, bu gün də pul alırsan" deyib. Bunları böhtan və şərəfinin alçaldılması kimi qiymətləndirən Svetlana Hüseynova məhkəməyə üz tutub.
Həmin ərəfədə Svetlana Hüseynova işdən çıxarılıb. Svetlana Hüseynova Elnurə Ramazanovanı xüsusi ittiham qaydasında məhkəməyə verərək cəzalandırılmasını istəyib.
Svetlana Hüseynova iddia ərizəsində bunları qeyd edib: “Elnurə Ramazanova əlinə imkan düşən kimi yazılı və ya şifahi şəkildə mənim şərəf və ləyaqətimi, nüfuzumu ləkələməyə, alçaltmağa çalışıb. Bakı Şəhər Təhsil İdarəsinə, məktəbin direktoruna barəmdə böhtan xarakterli müraciətlər edib. Valideynlər və müəllimlər arasında şayiələr yayıb. Barəmdə mənfi rəy formalaşdırıb. Onun müraciətləri araşdırılıb və əsassız olduğu məlum olub. Amma mənim etdiyim şikayətlər yalan, şər-böhtan deyil”.
Məhkəmə araşdırması zamanı Elnurə Ramazanovanın şikayətçi Svetlana Hüseynovaya “şərəfsiz”, “rüşvətxor” deməsini təsdiq edən müəllimlər də şahid kimi dindirilib. Həmçinin Elnurə Ramazanovanın dediklərini sübut edən səsyazısı da məhkəmədə sübut kimi qiymətləndirilib.
Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinən Elnurə Ramazanova cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 manat məbləğində cərimə cəzasına, 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Kainat.tv
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
20
iyun
13:51
Qarabağ
OXŞAR XƏBƏRLƏR
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi: “Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
Azərbaycan siyasətinin “Dəmir Ledi”si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
Müdir işdən çıxarıldı, 20 nəfərin işə qəbul əmrini verdi – Quba-Xaçmaz Regional Təhsil İdarəsində ŞOK QALMAQAL/SİYAHI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ