Nəsimi rayonunda İH-nin xeyir, duası ilə daha bir qanunsuz tikinti işlərinin aparılası faktı üzə çıxıb.
Kainat.tv Paytaxt.org-a istinadən xəbər verir ki, Nəsimi rayon Hüseynbala Əliyev küçəsi 80 ünvanında “Əcəmi Mall” da qanunsuz artırma və tikinti işləri aparılıb.
Qeyd edək ki, 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfində bu qanunsuz tikinti dayandırılmışdır. İddiaya görə bir müddət ötəndən sonra RİH memarlıq şöbəsi üdirindən və müavindən "hə" alan “işbaz” yenidən qanunsuz tikintini həyata keçirməyə nail olub.
Məsələ ilə bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən və Bakı Şəhər Memarlıq, Şəhərsalma Baş İdarəsindən açıqlama almaq mümkün olmayıb. Həçinin, Nəsimi rayon icra hakimiyyəti də hadisəni görməzdən gələrək tədbir görməyib və susqunluq nümayiş etdirib.
Qurumların mövqeyini dərc etməyə hazırıq.



