Hazırda ağır xəstəliklə mübarizə aparan Lalə Şövkət Hacıyeva Azərbaycanın siyasi və ictimai həyatında mühüm rolu ilə yadda qalan bir şəxsiyyətdir. Oğlu Sidqi Şövkət anasının səhhəti barədə bildirib ki, Lalə Şövkət 2020-ci ildə ürək əməliyyatı keçirib.
Kainat.tv xəbər verir ki, həmin dövrdən etibarən onun sağlamlıq vəziyyətində ciddi problemlər yaranıb. O, daimi olaraq həkim nəzarəti altındadır və mütəmadi tibbi konsultasiyalar alır. Sidqi Şövkətin sözlərinə görə, Lalə Şövkət kənar yardım olmadan sərbəst hərəkət edə bilmir. Ona ev şəraitində belə kömək göstərilir ki, ən azından müəyyən hərəkətləri edə bilsin. Hazırda Lalə Şövkət 73 yaşındadır.
Lalə Şövkət Hacıyeva 7 noyabr 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə institutu bitirərək Moskva şəhərinə yollanıb və burada cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
Elmi fəaliyyəti bununla məhdudlaşmayıb – səhiyyənin təşkili və idarəçiliyi üzrə doktorluq dissertasiyasını müdafiə edərək bu sahədə SSRİ-nin ən gənc elmlər doktoru kimi tarixə düşüb. Lalə Şövkət yüzdən artıq elmi əsərin müəllifidir və professor kimi müxtəlif beynəlxalq elmi layihələrdə iştirak edib.
Lalə Şövkət Hacıyeva Azərbaycanın müstəqillik dövründə ən tanınmış siyasətçilərdən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Dövlət katibi təyin edilib. Bu dövrdə ölkənin ictimai və siyasi həyatında mühüm məsələlərlə məşğul olub. Lakin 1994-cü ilin yanvarında bu vəzifədən istefa verib.
1995-ci ildə Lalə Şövkət Hacıyeva Azərbaycan Liberal Partiyasını təsis edib və onun sədri seçilib. Onun rəhbərliyi altında partiya ölkənin siyasi həyatında demokratik prinsiplərin gücləndirilməsi və insan hüquqlarının müdafiəsi ilə bağlı fəal mövqe tutub.
2003-cü ildə prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Lalə Şövkət cəsarətli çıxışları ilə diqqət mərkəzinə düşüb. 2005-ci ildə parlament seçkilərində qalib gəlsə də, mandatdan imtina edərək prinsipial mövqe nümayiş etdirib.
Lalə Şövkət Hacıyeva Azərbaycan siyasətində təkcə bir partiya sədri və ya dövlət rəsmisi deyil, həm də cəmiyyətin diqqət mərkəzində olan, “Dəmir Ledi” adını qazanmış güclü bir şəxsiyyət olub. Onun siyasi və ictimai fəaliyyəti Azərbaycanın müasir tarixində iz buraxıb. Demokratik prinsiplərin müdafiəsi və ədalət uğrunda mübarizəsi ilə tanınan Lalə Şövkət, xalq arasında nüfuzlu bir lider kimi qiymətləndirilir.
Hazırda ağır xəstəliklə mübarizə aparan Lalə Şövkət Hacıyevaya tezliklə tam sağalmasını və möhkəm cansağlığı arzu edirik. //Musavat.com
Azərbaycan siyasətinin “Dəmir Ledi”si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE
03
dekabr
22:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
Xəstəxanalardakı “QƏSSAB”lara bıçağı KİM VERİR? – Nazirlik diplomsuz həkim sualından YAYINDI
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Tramp Ukraynanı yox etmək QƏRARI VERİB, qorxunc "PLAN"ın gizli detalları MƏLUM OLDU: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...
- Ermənistanın “QAFAN ƏMƏLİYYATI” – Moskva cavab GÖZLƏYİR
- Putinin Qafqazda toqquşma PLANI – “Kərimov oyunu”nda KARTLAR AÇILDI
- DİN məlumat YAYDI: Masazırda DƏHŞƏTLİ QƏTL - arvad ərini ÖLDÜRDÜ
- Azərbaycan Səhiyyə Nazirliyində mühüm görüş keçirilib - FOTO
- Ərdoğan Əsədə tələblərini ÇATDIRDI - Əsəd vasitəçilərdən YARDIM İSTƏDİ
- Hüquq müdafiəçisi Rüfət Səfərova iki maddə üzrə ittiham irəli sürülüb - RƏSMİ
- Ukraynanın NATO-ya üzvlüyü müzakirə EDİLİR: Avropa BÖLÜNDÜ
- Köhnə avtomobili olanlara ŞAD XƏBƏR - İlk ödənişlər EDİLDİ
- NASA-dan XƏBƏRDARLIQ: "Potensial təhlükə" YAXINLAŞIR - Yerə çırpılsa, FƏLAKƏT OLACAQ
- AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
- Sumqayıt və Novxanıda partlayışların ŞOK SƏBƏBİ - DİQQƏTLİ OLUN
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Füzulidə həkim SƏHLƏNKARLIĞI: 9 yaşlı uşaq əməliyyatın QURBANI OLDU
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- SON DƏQİQƏ! Çin və Rusiya dünyaya MEYDAN OXUDU: Döyüş təyyarələri HAVALANDI
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO