Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Dövlət Su Ehtiyatları Agentliyinin (DSEA) "birgə layihə"si.
Elə bir layihə ki, bu layihə əsasında böyük bir meşə zolağı - "oksigen tarlası qurban verildi".
Ötən həftə Zərdab rayonunun Yuxarı Seyidlər kəndinin ərazisində Tuqay meşə zolağının məhv edildiyi və bu proseslərdə şəxsən iştirak edən görəvlilər barəsində məlumatları dərc etmişdik. Həmçinin bununla bağlı aidiyyatı qurumlara rəsmi sorğular göndərdiyimizi də bildirmişdik.
Xatırladaq ki, sözügedən ərazidə təsərrüfat sahələrinin suvarılması üçün beton kanalın çəkilməsi nəzərdə tutulub. İşin icrası isə DSEA tenderlərinin "ənənəvi qalibləri"ndən biri olan podratçı şirkət "Körpü-Bina-Tikinti" MMC-yə həvalə olunub. MMC-nin oradakı məsul əməkdaşı Məhəmməd adlı şəxsə isə bələdçiliyi qurumun həmin ərazi üzrə su mirabı işləyən Hüseyn Rəhmanov öz üzərinə götürüb. Necə deyərlər, "çörək eldən, su göldən". Hüseyn Rəhmanov canfəşanlıqla köməklik edib həm özünü üst quruma şirin satır, həm də ağacların kəsildiyi ərazinin bir hissəsini öz pay torpaqlarına qatıb, ikiqat qazanclı çıxır. Hər halda redaksiyamıza daxil olan məlumatda belə deyilir.
Təbii ki, "DogruXeber.az" hər zaman ona deyilən hər kəlməni peşəkarcasına və tam qanun çərçivəsində araşdırır və qarşı tərəfi mütləq dinləyir. Bu dəfə də ənənəmizə sadiq qalaraq, adı çəkilən hər iki şəxslə - Məhəmməd və Hüseyn Rəhmanovla telefon əlaqəsi saxladıq.
Görünür Məhəmməd bəy belə hallarla çox rastlaşdığı üçün, rahatlıqla sıyrılıb çıxdı. Ən azından o, özü belə edə bildiyini düşünür. Hüseyn Rəhmanov isə ondan fərqli olaraq özünü itirdi. Panikaya qapılıb, "yanan əlini ağzına saldı". Gah bilmirik məsələyə nə kimi aidiyyatı olan "bərkgedən oğlan"ı - Səxavət Məmmədov adlı şəxsi qabağa ötürdü, gah da özünü qazi, hərbiçi kimi təqdim edən, həqiqətdə isə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə sadəcə mülki sürücü işləyən oğlu Elvin Rəhmanov sinəsini qabağa verdi.
Elvin deyir, atasına hədə-qorxu gəlmişik və atası qorxub. Onun başına bir iş gəlsə, bizim başımıza oyun açacaq. Bu Elvin Rəhmanov tərəfindən bizə qarşı aşkar təhdid idi.
Axı biz hardan bilə bilərdik ki, ağacları məhv edilmiş meşə ərazisini qanunsuz olaraq öz pay torpaqlarına qatması barəsində Hüseyn Rəhmanova verdiyimiz sual onu bu qədər təşvişə sala, hətta oğlunun sözlərinə inansaq, "xəstəxanalıq" edə bilər?!
Əlavə olaraq bildiririk ki, bizi "başımıza oyun açacağı" ilə hədələyən bu cavan oğlanın qaynatası İntizam Məmmədov da sən demə Yuxarı Seyidlər kəndinin "kəndxuda"sı (icra nümayəndəsi) imiş.
O, İntizam Məmmədov ki, onun və rəhbərlik etdiyi idarənin baş mühasibi Bənövşə Əhmədovanın barəsində bu ilin mart ayının 31-də yayımlanmış rəsmi xəbərdə deyilir:
"Onlar Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilib və işə məhkəmədə baxılıb.
Hər iki sabiq vəzifəli şəxs 2018-2021-ci illər ərzində qabaqcadan əlbir olaraq onlara etibar edilmiş xeyli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinib. Aparılan araşdırma zamanı həmin illər ərzində İntizam Məmmədovun 7120,20 manat, Bənövşə Əhmədovanın 9319,09 manat məbləğində dövlət hesabına nəzərdə tutulmayan mükafatları öz adlarına rəsmiləşdirərək mənimsədikləri məlum olub.
Məhkəmənin qərarı ilə 1958-ci il təvəllüdlü İntizam Məmmədova 2 il 6 ay, 1961-ci il təvəllüdlü Bənövşə Əhmədovaya isə 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Hər iki sabiq vəzifəli şəxs cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər."
Qeyd edək ki, adı çəkilən şəxslərin törətdikləri yeyintiyə dair digər məlumatları da əlavə edib, mövzunu uzatmaq istəmədik. Amma diqqət çəkən məqam, bu şəxsin hələ də vəzifədə olmasıdır. Qaldı ki, nümayəndəsi olduğu Yuxarı Seyidlər kəndində baş verənlərdan - daha doğrusu törədilən qanunsuzluqlardan təbii ki, icra nümayəndəsi İntizam Məmmədov xəbərsiz deyil.
Qudaların (İntizam Məmmədov və Hüseyn Rəhmanov) öz şəxsi maraqlarına görə ekologiyaya vurulan ziyana nəinki susmaları, hələ üstəlik podratçı şirkətin əməkdaşı ilə əlbir olub yaxından köməklik göstərmələri prokurorluq orqanlarının araşdırmalı olduğu məsələdir.
Bu səbəbdən də tərəfimizdən aidiyyatı üzrə göndərilən sorğulardan biri də Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanıb. Təəssüflər olsun hələ ki, bu qurum da sükutu pozmur, eynilə Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun işində yol verdiyi nöqsanları və yeyinti hallarını təqdim etdiyimizdə susduğu kimi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gəldikdə isə həmişəki kimi məsələni özü həll etmək əvəzinə, güya baxılması üçün sözügedən ərazi üzrə regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yönləndirdi. İdarənin də Raqif adlı əməkdaşı bizə zəng edib, hər zaman işində dürüst, məsuliyyətli olduğundan uzun-uzadı danışdı və nəhayət sonda həmin ərazidə operativ araşdırma aparıb, nəticə barəsində bizi də məlumatlandıracağını dedi.
Ertəsi gün getdilər, deyilən ünvanda oldular və.....
Sonrası barəsində biz də "məlumatsızıq". Yəni, ekologiya əməkdaşı Raqif bəy nədənsə hələ də susur.
Böyük bir yaşıllıq ərazisinin - Tuqay meşə zolağının vəzifəli şəxslərin şəxsən iştirakı ilə məqsədli məhv olunması cinayət tərkibi yaradan, aidiyyatı qurumların buna səssiz qalması isə şübhəli məsələdir. Görünür, adı çəkilən qurumların özlərinin də bu işdə marağı var və bu səbəbdən də çarəsiz siravi vətəndaşlar kimi bizim də atacağımız növbəti addım ölkə başçısına üz tutmaq olacaq. Yəni, "iş başa düşdü", növbəti günlərdə prezident administrasiyasına rəsmi müraciət ünvanlamağı planlaşdırırıq. Baxmayaraq ki, ölkə başçısının bu kimi işlər üçün müxtəlif qurumlara təyin etdiyi rəhbərlər var.
Kainat.tv
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
03
iyun
10:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə HAVADARLIQ EDƏN Firdovsi Əliyevi NƏLƏR GÖZLƏMİR…
Salyanda meşə fondu 4750 tinğ əkildi - FOTO
ABŞERONDA QANUNSUZ KƏSİLƏN AĞACLARIN YERİNƏ YENİ TİNGLƏR ƏKİLİB - FOTO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ